Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

12:05 29-11-2023 | icon 455 | Təhsil
Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

Noyabrın 29-da saat 10:00-dan Respublika Fənn Olimpiadalarında (RFO) iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqələrini yükləyə və çap edə bilərlər. 

 

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, RFO-nun rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 16-da (8-9-cu siniflər) və 17-də  (10-11-ci siniflər), digər fənlər üzrə isə dekabrın 24-də əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.

 

Buraxılış vərəqələrinin şəxsi kabinet vasitəsilə əldə olunması ilə bağlı yaranan hər hansı çətinliklə əlaqədar (050) 791-46-31 nömrəsinə “WhatsApp” üzərindən problemin ətraflı təsvirini yazaraq müraciət etmək mümkündür.

 

Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq