QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15:05 01-12-2023 | icon 483 | Sağlamlıq
QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

Nərminə Abbasova: “Müalicəyə başlamadıqda, qısa zamanda sürətli arıqlama başlayır”

 

“İnsanın İmmunçatışmazlığı Virusu - “İİV infeksiya” xəstəliyi barədə məlumatlı olmaq ondan qorunmaq üçün hər bir insana vacibdir”.

 

Bunu Versus.Az-a 1 Dekabr - QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü ilə bağlı açıqlamasında MayoMed Klinikasının Baş həkimi, terapevt Nərminə Abbasova bildirib.

 

HİV-in (İnsan İmmun Virusu) qan və qorunmayan cinsi əlaqə yolu ilə ötürülən və bədənin müxtəlif toxumalarında yerləşə bilən, ancaq əsas təsirlərini immun sisteminə göstərən bir virus olduğunu deyən ailə həkimi qeyd etdi ki, HİV ağ qan hüceyrələrini məhv edərək immun sistemini boğur və bədəni infeksiyalara qarşı həssaslaşdırır. Nəticədə normal şəraitdə müalicə edilə bilən vərəm, ishal, menengit, sətəlcəm kimi xəstəliklər orqanizmə ciddi zərər verir, bəzi hallarda xərçəng xəstəlikləri də müşahidə olunur. Həkim vurğuladı ki, müalicəyə erkən başlamaq və mütəmadi olaraq həkim nəzarətində olmaq vacibdir:

 

 

“HİV virusunun yaratdığı QİÇS immun sisteminin infeksiya və xərçəng xəstəliklərinə qarşı həssas olduğu və həyati təhlükəsi olan mərhələdir. Yanlış bilinənlərin əksinə olaraq, QİÇS, HİV müsbət olan hər bir insanda baş vermir.

Yoluxma yoluna nəzərə salsaq, görülən hadisələrin 49,6 %-i cinsi yolla ötürülür. Qeyd edim ki, erkən diaqnoz olduqca əhəmiyyətlidir. Belə ki bir çox xəstəlikdə olduğu kimi, HİV infeksiyasının müalicəsində və gedişində erkən diaqnoz və buna əsasən erkən müalicə vacibdir. Erkən diaqnoz nəinki ömrü uzadır, həm də digər insanlara yoluxdurma nisbətlərini azaldır. Qorumasız cinsi əlaqədə olanlar, HİV pozitiv biri ilə cinsi təmasda olanlar və ya açıq dəri nahiyəsinin qan ilə təması olanlar, steril olmayan iynələr və pirsinq alətləri istifadə edənlər mütləq HİV testindən keçməlidirlər”.

 

Nərminə xanım bildirdi ki, hər kəs bu virusla bağlı məlumatlandırılmalıdır. Onun sözlərinə görə, insanlar nə qədər məlumatlı olarlarsa, yoluxma və yoluxdurma riski bir o qədər az olar:

 

 

“Bilməlisiniz ki, QİÇS insandan insana yoluxur. Virus, HİV pozitiv şəxslərin qanında, spermasında, vaginada və ana südündə olur. Həm kişilərdən, həm də qadınlardan yoluxma mümkündür. Hüsablamalara görə dünyadakı Spid infeksiyasının yüzdə 80-85-i qorunmayan cinsi əlaqə yolu ilə yoluxur. Qan, sperma və ya vaginal mayenin təmas yolu ilə penisin, vaginanın, anusun və ya zədələnmiş toxumanın selikli qişasına, ağızda və dəridə kəsik və çatlarla yoluxur. Eyni zamanda Spid pozitivinin qanının digər şəxsin qanına toxunması zamanı, test edilməmiş qanın köçürülməsi zaman, spid daşıyan orqan, toxuma və sperma köçürülməsi zamanı, istifadə olunan və dezinfeksiya olunmayan şprislər, iynələr, cərrahi alətlər, diş alətləri, kəsici və pirsinq alətləri, döymə alətləri, virusa yoluxmuş bir şprisin venaya daxil edilməsi, ümumi şprislə venadaxili dərman istifadəsi və sair xeyli səbəblər göstərmək olar”.

 

N.Abbasova vurğuldı ki, qan verənlər test edildiyi üçün bu virusun qanla yoluxması çox nadirdir.

 

 

QİÇS-in anadan körpəyə yoluxması riskinə gəlincə, ailə həkimi bildirdi ki, hamiləlikdə Spid virusu daşıyıcısı olan ana, hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə körpəni virusa yoluxdura bilər:

 

“Əmizdirmə zamanı bu virus anadan körpəyə təxminən 20-30% nisbətində yoluxa bilər. Doğuşun kesr əməliyyatı ilə aparılması və ananın doğulduqdan sonra süd verməməsi vacibdir. HİV müsbət müalicəsi hamiləliyin son üç ayında ana üçün və körpə doğulduqdan sonra başlayır.

 

Təbii ki, hər bir insanı QİÇS-in əlamətlərini bilmək istiyər. Nərminə xanım bildirdi ki, kəskin infeksiya dövründə virusun orqanizmə daxil olmasından sonrakı ilk həftələrdə heç bir simptom olmaya və ya ilk 2-4-cü həftədə qızdırma, boğaz ağrısı, baş ağrısı və yorğunluq simptomları ilə qripə bənzər şikayətlər görünə bilər. Onun sözlərinə görə, HİV-in ən çox yoluxdrucu olduğu vaxt məhz bu dövrdür:

 

 

“Ümumi simptomlar kimi hərarət, boğaz ağrısı və boğazın iltihabı, baş ağrısı, genişlənmiş limfa düyünləri, bədəndə dəri kəpəkləməsi, ağızda, qida borusunda və cinsiyyət orqanlarında yaralar, əzələ və oynaq ağrısı, bir aydan çox müddətə müalicə olunmayan ishal, ürəkbulanma və qusma hallarını qeyd etmək olar. Qeyd edim ki, müalicəyə başlamadıqda, iki aydan az müddətdə 7-10 kiloqram arıqlama özünü büruzə verir”.

 

Terapevt bildirdi ki, cinsi əlaqədə qoruyuculardan istifadə etmək bu gün HİV-dən qorunmanın ən təsirli yoludur. Onun sözlərinə görə, kontraseptiv həb, iynələr və dərialtı ləkələr, spirallar və digər kontraseptiv üsullar HİV-dən qorumur.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ