“Qəbələ” son çempiona qarşı

12:25 04-12-2023 | icon 639 | İdman
“Qəbələ” son çempiona qarşı

Altı illik həsrət sona çatacaqmı?

 

Bu gün Azərbaycan Premyer Liqasının XV turunda üz-üzə gələcək “Qarabağ” və “Qəbələ” komandaları çempionatda 60-cı dəfə qarşılaşacaqlar.

 

“Report”un məlumatına görə, əvvəlki 59 oyunun 34-də Ağdam klubu, 10-da “qırmızı-qaralar” qələbə qazanıb, 15 görüşdə isə heç-heçə qeydə alınıb.

 

Topların nisbətində də son çempion “Qarabağ”ın aşkar üstünlüyü var - 95:45.

 

“Qəbələ” Premyer Liqada “Qarabağ” qarşı keçirdiyi əvvəlki 21 görüşdə qələbə qazana bilməyib. “Qarabağ”ın sonuncu məğlubiyyəti 2017/2018 mövsümünə təsadüf edib. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 2017-ci il oktyabrın 22-də səfərdə ukraynalı Roman Qriqorçukun çalışdırdığı kollektivə yenilib - 0:1.

 

Çempionatdakı son 7 matçda “Qəbələ”yə qol vurmağı bacaran ağdamlıların bu rəqibə evdə sonuncu məğlubiyyəti isə 2014/2015 mövsümündə qeydə alınıb. Ölkə çempionu 2015-ci il fevralın 28-də elə Qriqorçukun komandasına uduzub - 0:1.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 19:30-da start götürəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI