Hərbçilərin mənzil təminatı ilə bağlı proqram HAZIRLANIR

15:53 05-12-2023 | icon 330 | Cəmiyyət
Hərbçilərin mənzil təminatı ilə bağlı proqram HAZIRLANIR

“Müdafiə Nazirliyində hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı sənəd hazırlanır. Ola bilsin bu ilin axırına, yaxud gələn ilin əvvəlinə hökumət bu sənədi təqdim etsin”.

 

Versus.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi ətrafında müzakirələrlə bağlı keçirilən mətbuat konfransında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

 

O qeyd edib ki, bu sənəddə hərbi şəhərciklərin yaradılması nəzərdə tutulur. 

 

 

"Hökumət hərbçilərin sosial vəziyyətini daha da yaxşılaşdırmaq, onların mənzil məişət şəraitini daha gücləndirmək istiqamətində tədbirlər görür, mühüm bir proqram hazırlanır. Ola bilsin, daha çox hərbçiyə mənzil verilməsi bu sənəddə öz əksini tapsın. Hələ bu sənəd ilkin mərhələdədir. Bu gün Milli Məclisdə də məsələ qaldırıldı ki, hərbçilər 20 il xidmətdən sonra mənzil sahibi ola bilirdi, bu qanun onların bu hüququnu məhdudlaşdırır. Bu belə deyil. Bu təminat dəyişiklikdən sonra 25 ilə uzanmayacaq", - deputat vurğulayıb.

 

Komitə sədrinin sözlərinə görə, mənzil təminatı tamamilə başqa sənədlərlə, başqa qanunvericilik aktları ilə tənzimlənir:

 

"Həmin hərbi qulluqçular indiki qaydada olduğu kimi 20 il xidmətkeçmə müddətindən sonra xidməti və yaxud şəxsi mənzillərlə təmin olunacaqlar, əsas məqsədimiz milli Ordunun peşəkar, təcrübəli və hazırlıqlı kadrlarla komplektləşdirmə səviyyəsinin yüksəldilməsidir. Azərbaycan Ordusu son 3 ildə böyük qalibiyyətlər əldə edib. Amma təəssüflər olsun ki, kapitulyasiya aktına imza atmış Ermənistan hələ də sülh danışıqlarından yayınır və hələ də bölgədə gərginlik yaratmağa çalışır. Buna görə də bizim milli maraqlarımız tələb edir ki, Ordumuzun gücləndirilməsi üçün hər şeyi edək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM