Putin namizədliyini ELAN ETDİ

15:38 08-12-2023 | icon 482 | Dünya
Putin namizədliyini ELAN ETDİ

Hazırkı Rusiya rəhbəri Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

 

Versus.az "Kommersant"a istinadən xəbər verir ki, Ukrayna ərazisində yaradılmış qondarma DXR parlamentinin spikeri Artem Joqa Putindən seçkiyə getməyi xahiş edib. Rusiya prezidenti razılaşıb. O, qalib gəlsə, bu, Vladimir Putinin beşinci müddətə dövlət başçısı olmağı olacaq.

 

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, Putin Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsi ilə bağlı rusların real tələbi əsasında açıqlama verib.


Hakim Vahid Rusiya Partiyasından isə bildirilib ki, partiya Vladimir Putinin prezidentliyə namizəd kimi irəli sürülməsini şübhəsiz dəstəkləyir və onun qələbəsi üçün hər şeyi edəcək.

 

Qeyd edək ki, Putin 2000-2008-ci illərdə Rusiya prezidenti olub. 2008-2012-ci illərdə baş nazir kimi çalışıb. 2012-ci ildən o, yenidən bu posta sahibdir. 1952-ci ildə Leninqrad vilayətində anadan olan siyasətçi keçmiş DTK işçisidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR