“Serbiya-Azərbaycan dostluğu əməkdaşlığı davamlı edir”

09:34 13-12-2023 | icon 369 | Siyasət
“Serbiya-Azərbaycan dostluğu əməkdaşlığı davamlı edir”

Könül İsmayılova: “Azərbaycan etibarlı tərəfdaş, dostluq ənənələrinə sadiq ölkədir”

 

“Bu gün ölkələrlə əməkdaşlıq sırasında Serbiya da var. Son illər Serbiya-Azərbaycan əlaqələri sürətlə inkişaf etməkdədir. Dövlət başçılarının qarşılıqlı səfərlərindən də bəlli olur ki, əməkdaşlıq əlaqələri davamlı olacaq”.

 

Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışını şərh edərkən bildirib.

 

Prezidentlərin şəxsi dostluq münasibətlərinin də Serbiya-Azərbaycan əlaqələrinin inkişafında böyük rolu olduğunu vurğulayan K.İsmayılova strateji tərəfdaşlığa diqqət çəkib:

 

“Hər iki dövlətin imzaladığı strateji tərəfdaşlıq haqqında Bəyannamə ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrinin yüksək statusunu diqtə edir. Məlumdur ki, hər bir dövləti ayaqda saxlayan, güclü edən onun iqtisadiyyatıdır. Çünki bütün sahələrin gücü məhz güclü iqtisadiyyatdadır. Azərbaycanın təbii sərvətləri imkan verir ki, dövlət olaraq iqtisadiyyatını gücləndirə bilsin”.

 

 

K.İsmayılova bildirdi ki, Prezident İlham Əliyev Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışında ölkələrin iqtisadi amilindən söz edərkən interkonnektorun fəaliyyətinin sənaye inkişafına böyük töhfə verəcəyini deyib ki, bu da ölkə başısının əminliyini göstərir:

 

“Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir, hazırda təbii qazımız səkkiz ölkəyə ixrac edilir və Serbiya bu sırada doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Xatırlatmaqyerinə düşər ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb və bu memorandum effektiv şəkildə icra edilir”.

 

K.İsmayılova vurğulayıb ki, bu əməkdaşlıqlar fonunda qarşıda genişmiqyaslı planlar durur:

 

“Artıq bilirik ki, Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bu onu göstərir ki, Azərbaycan etibarlı tərəfdaş, dostluq ənənələrinə sadiq ölkədir. Elə bu xüsusiyyət də bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Gələcək planlar sırasında isə qaz təchizatının coğrafiyasını daha da genişləndirmək və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaq durur”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri