147 adda kitab hədiyyə edildi

12:35 13-12-2023 | icon 388 | Cəmiyyət
147 adda kitab hədiyyə edildi

Dekabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında kitab sərgisi keçirilib.

 

AMEA-dan Versus.az-a verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Kitabxanasından Azərbaycan Dövlət Pedaqoji Universitetinın Şamaxı filialına dilçilik, ədəbiyyatşünaslıq, müxtəlif elm sahələrinə aid, həmçinin bədii ədəbiyyat nümunələrindən ibarət  116 adda 147 nüsxə kitab hədiyyə edilib.  Hədiyyə olunan kitablar  sərgi vasitəsiylə nümayiş olundu. Sərgidə filialın direktoru dosent Tünzalə Yusifova, professor-müəllim və tələbə heyəti iştirak edirdi.

 

Filialın Kitabxana və elektron resurslar şöbəsi tərəfindən hazırlanmış sərgidə nümayiş olunan kitablar hər kəsin marağına və sevincinə  səbəb oldu.  

 

Filialın direktoru dosent T.V.Yusifova çıxışında olduqca dəyərli kitabları filialımıza hədiyyə etdiyinə görə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə, Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədliyə, həmin institutun kitabxana müdiri Sevil Zülfüqarovaya, həmçinin  göstərdiyi dəstəyə görə bilavasitə rolu olan filialın “Sosial və xüsusi fənlər kafedrası”nın müəllimi dosent Sübhan Talıblıya filialın müəllim və tələbə kollektivi adından təşəkkür və minnətdarlığını bildirdi. Akademiyanın Azərbaycan Dövlət Pedaqoji Universitetinın Şamaxı filialına göstərdiyi bu diqqət və qayğının yeni müştərək layihələrin yaranması üçün motivasiya olduğunu dedi. Hədiyyə kitabların sayəsində müəllim və tələbələrin müasir kitablarla təmin olunacağını və kitabxanada oxucuların artacağını qeyd etdi. Gələcəkdə də Azərbaycan Milli Elmlər Akademiyası ilə əlaqələr daha da möhkəmləndirilsini və filialın kitabxanasının zənginləşdirilməsi üçün akademiyanın digər institutları ilə əlaqə yaradılacağını vurğulayıb.

 

Günay

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri