Bayramqabağı yarmarkalar bu ünvanlarda

15:03 03-03-2018 | icon 691 | Gündəm
Bayramqabağı yarmarkalar bu ünvanlarda

Novruz bayramı ərəfəsində paytaxt əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəldilməsi, süni qiymət artımının qarşısının alınması məqsədilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti satış-yarmarkaların təşkilinə start verib.

ASC-dən Versus.az-a verilən məlumata görə, yarmarkalar Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 59 (Təzə bazarın aşağı hissəsi), Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 207 (“İdeal” şadlıq sarayının yanı) ünvanlarında təşkil olunur. Həmçinin, Suraxanı rayonu Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi (Suraxanı maşınqayırma zavodunun qarşısı) və Yeni Günəşli qəsəbəsi (“Günəş” ticarət mərkəzinin ərazisi) ünvanlarında yarmarkalar keçiriləcək. Yarmarkalarda əhaliyə təklif olunan məhsullar ASC-nin regionlardakı məntəqələri tərəfindən yerli istehsalçılardan tədarük olunub, eyni zamanda, öz məhsulunu paytaxta gətirərək satmaq istəyən fermerlərə təşkilati dəstək verilib.

Şənbə və bazar günləri keçiriləcək yarmarkalara gündəlik olaraq 70 növdə, 30 tondan artıq kənd təsərrüfatı və qida məhsulları çıxarılacaq.

Səhmdar Cəmiyyət yarmarkalara avans hesabına yerli fermerlərdən tədarük olunaraq “Eloba” brendi altında qablaşdırılmış noxud, ağ lobya, qarabaşaq, düyü məhsullarını da çıxarıb. Bütün məhsullar bazar qiymətlərindən orta hesabla 20 faiz ucuz satılacaq. Yarmarkalar mart ayının sonuna qədər fəaliyyət göstərəcək.

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI