"Hər şey gözəl sonluqla başa çatdı”

08:51 15-12-2023 | icon 576 | İdman
"Hər şey gözəl sonluqla başa çatdı”

“Futbolçuları, azarkeşləri təbrik edirəm. Daha əvvəl bu şans əlimizdən qaçmışdı. Bu gün hər şey gözəl sonluqla başa çatdı”.

 

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçin “Hakken” komandasına 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında deyib.

 

51 yaşlı mütəxəssis bildirib ki, bu cür uğur əldə etmək Azərbaycan futboluna təkan verəcək:

 

“Yaxşı komandaların Bakıya gəlməsi ancaq ölkə futboluna fayda verə bilər”.

 

Qurbanov doqquz il əvvəl də Bakıda eyni uğura çox yaxın olduqlarını söyləyib:

 

“Həmin matç daha yaxşı formalaşmağımıza kömək oldu. Böyümək üçün bunları soyuqqanlı qəbul etməliyik”.

 

Təcrübəli baş məşqçisi pley-offdakı rəqiblərin ciddi olduğunu vurğulayıb:

 

“Həmin qarşılaşmalara ciddi hazırlaşmaq və layiqli mübarizə aparmaq istəyirik”.

 

Qeyd edək ki, “Qarabağ” tarixində ilk dəfə Avropa Liqasında pley-offa yüksəlib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI