Culfanın Kırna kənd məktəbində şəhidlərin xatirəsi anıldı

10:59 18-12-2023 | icon 580 | Cəmiyyət
Culfanın Kırna kənd məktəbində şəhidlərin xatirəsi anıldı

Dekabrın 13-dəNaxçıvan MR-in Culfa rayon Kırna kənd tam orta məktəbində Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər bizim qürur yerimizdir” adlı tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Naxçıvan MR-in Şəhid ailələri və qaziləri, Culfa rayon Təhsil şöbəsinin nümayəndə heyəti, Culfa rayon Hərbi komissarlığının nümayəndə heyəti, Culfa rayon icra nümayəndələri, Culfa rayonunun ümumtəhsil müəssisələrindən müəllimlər və şagirdlər iştirak ediblər.

 

Azərbaycan Respublikasının Dövlət rəmzi olan Dövlət Bayrağı səhnəyə gətirildi və Dövlət Himni səsləndirildi. Daha sonra Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi...

 

 

Tədbirin təşkilatçısı, Kırna kənd tam orta məktəbinin Coğrafiya müəllimi Həbibə Vəliyeva gələn qonaqları salamlayıb şəhid ailələrinə hörmətini bu sözlərlə ifadə etdi: “Əziz Şəhid ailələri, qonaqlar və müəllimlər! Hər birinizə dəyərli vaxtınızı sərf edərək dəvətimizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Bu gün hər birimiz burada bir məqsəd üçün toplanmışıq: ölkəmizin azadlığı uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirələrini yad etmək və onların əzizlərinə mənəvi dəstək olmaq. Şəhidlərimizin vətənpərvərliyi, qəhrəmanlıqlarla keçən döyüş yolları gənclərimiz üçün bir örnəkdir. Bəli, biz onların əziz xatirələrini qürurla, minnətdarlıqla anırıq və Allahdan Şəhidlərimizə rəhmət diləyirik!”.


Tədbirin açıq elan edilməsi üçün söz Kırna kənd tam orta məktəbinin direktoru Zərnişan Məmmədzadəyə verildi. Zərnişan xanım iştirak edən qonaqları salamlayıb Şəhidlərimiz və onların qəhrəmanlıqları haqqında gözəl nitq söylədi. Sonra tədbirin aparıcılarını — Şahin ƏlizadəAyla Məmmədovanı qonaqlara təqdim etdi.

 

Tədbirdə rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramazan Abuzərov, icra nümayəndəsi Araz Məmmədov, Culfa rayon Hərbi komissarlığının nümayəndələri və Şəhid ailələri, qaziləri çıxış edərək öz ürək sözlərini ifadə etdilər. Şəhid ata-anaları övladlarının həyatı və döyüş yolu barədə tədbir iştirakçılarına dolğun məlumat verdilər, bir daha övladları ilə fəxr etdiklərini dilə gətirdilər.

 

Çıxışlardan sonra Şəhidlərimizə həsr olunmuş şeirlər, musiqilər və qısa səhnəciklər şagirdlərin ifasında təqdim olundu. Tədbirdə təqdim olunan şeirlər və qısa səhnəciklərin hazırlanmasında Azərbaycan Jurnalistlər Birliyinin üzvü, gənc şair-publisist Sevindik Nəsiboğlunun “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabından istifadə olundu. Şeirləri Əsra Babalı, Zəhra BabalıJalə Rəhimli qiraət etdilər.

 

Məsafələr çox olsa da Sevindik Nəsiboğlu “Zoom” proqramı vasitəsilə tədbirdə onlayn iştirak etdi və öz ürək sözlərini, sonda isə Şəhidlərimizə həsr etdiyi “Vətən qəhrəmanları” adlı şeirini söylədi.

 

Kırna kənd tam orta məktəbinin şagirdi olmuş Ramazan Göydağlıya həsr olunmuş “Göydağlı ilə komandirin söhbəti” səhnəsini Nuru BağırlıƏli Baxşəliyev canlandırdılar.

 

44 günlük Vətən müharibəsində ümumtəhsil müəssisələrində çalışan müəllimlər də iştirak etmiş və ümumilikdə, 20 nəfər müəllim şəhidlik zirvəsinə ucalmışdır. Tədbirdə onların da əziz xatirəsi yad edildi.

 

Sonda məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevinc Qasımova tədbiri bağlı elan edərək bütün qonaqları onlar üçün hazırlanmış çay süfrəsinə dəvət etdi. Sonda xatirə şəkilləri çəkdirildi.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlər ölmür, Şəhidlər unudulanda ölürlər. Biz heç vaxt onları unutmamalıyıq və unutdurmamalıyıq!

 

 

 

HƏBİBƏ VƏLİYEVA
/Kırna kənd tam orta məktəbinin Coğrafiya müəllimi/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR