90 yaşlı qadın magistr dərəcəsi alıb

09:33 20-12-2023 | icon 389 | Maraqlı
90 yaşlı qadın magistr dərəcəsi alıb

ABŞ-də 90 yaşlı Texas sakini Minni Peyn fənlərarası tədqiqatlar üzrə magistr dərəcəsi alıb.

 

Bu barədə ABŞ-nin yerli mətbuatında məlumat yayılıb.

 

Minni Peyn 1950-ci ildə orta məktəbi bitirdikdən sonra qısa müddət ərzində kollecdə oxuduğunu və sonra oranı tərk etdiyini bildirib. Lakin qadın 68 yaşında təqaüdə çıxanda təhsilini davam etdirmək istəyib.

 

Peyn Texas Qadın Universitetinə daxil olub və burada üç jurnalistika kursu keçib.

 

“Mən həmişə sözlə işləmişəm və yazmağı sevmişəm. Mən daha da təkmilləşmək istəyirdim”, - deyə 90 yaşlı qadın bildirib. Minni ali təhsil diplomu alıb, lakin bununla kifayətlənməyib. 90 yaşında o, fənlərarası tədqiqatlar üzrə magistr dərəcəsi alıb. “Biz “ömürboyu öyrənmək” terminindən istifadə edirik, lakin Minni bunu həyatda nümayiş etdirir. Onun əzmkarlığı bizi heyran edir. Onun məqsədi bu dərəcəni əldə etmək idi”, - deyə qadının təhsil aldığı universitetin əməkdaşı bildirib.

 

Təqaüdçü isə artıq təhsilini tamamlanmış hesab etmədiyini bildirib.

 

“Mən öyrənməyə davam etmək istəyirəm”, - deyə o bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?