Elm buna CAVAB VERİR

09:35 20-12-2023 | icon 362 | Maraqlı
Elm buna CAVAB VERİR

Günəş Yeri qızdırırsa, kosmos niyə bu qədər soyuqdur

 

Elm adamları qlobal problemləri, məsələn, yerdənkənar həyatın, yaşayış üçün yararlı ekzoplanetlərin axtarışı və sair məsələləri öyrənməyə artıq öyrəşiblər, lakin eyni zamanda, daha sadə məsələlər diqqətdən kənarda qalır.

 

Bu məsələ ilə bağlı “IFLScience” elmi saytı araşdırma aparıb.

 

Məsələn, bu yaxınlarda internet istifadəçiləri maraqlanırdılar ki, Günəş Yeri və digər planetləri bu qədər qızdırır, bəs kosmos niyə bu qədər soyuqdur?

 

Alimlərin fikrincə, ilk diqqət çəkən odur ki, kosmosda fon temperaturu orta hesabla 2,7 kelvin və ya -270,45 dərəcə selsi təşkil edir. İkincisi, Günəşimiz həqiqətən qızğındır, baxmayaraq ki, bu fakt da çaşdırıcı ola bilər.

 

Məsələ burasındadır ki, Günəş nüvəsinin temperaturu 15 milyon dərəcə selsiyə çatır, onun səthində (fotosferdə) temperatur 5,5 min dərəcə selsiyə enir. Eyni zamanda, günəş tacı (Günəş atmosferinin xarici hissəsi) fotosferdən uzaqlaşdıqca qızır və temperaturu 3,5 milyon dərəcə selsiyə çatır.

 

Bəs niyə kosmos son dərəcə soyuq qalır? İnsanların intuitiv olaraq Günəşi çubuqdakı zefir kimi planetləri qızdıran yanan od kimi təsəvvür etdikləri üçün belə suallar yaranır. Ancaq planetlər fərqli şəkildə qızır. Yeri qızdıran istilik Günəşdən gələn birbaşa istilik enerjisi deyil, onun yaydığı şüalarının nəticəsidir. Bunlar Yerdəki hissəciklərlə qarşılıqlı əlaqədə olan görünən işıq da daxil olmaqla bütün elektromaqnit spektrində dalğa uzunluqlarıdır.

 

Kosmosda kifayət qədər enerji yoxdur. Amma bu o demək deyil ki, Günəşə kosmik gəmi göndərə və onun yanmayacağına əmin ola bilərik. Günəş şüalarının yoluna hər hansı bir maddə qoysaq, o, qızmağa başlayacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?