Məğlubiyyəti gizləyən boykot və sanksiya taktiki

14:06 21-12-2023 | icon 530 | Siyasət
Məğlubiyyəti gizləyən boykot və sanksiya taktiki

Qarabağ məsələsində niyə özünüzü didib tökmürdünüz?

TURAL İRFAN
/MCP sədr müavini/

 

Müəyyən olunmuş zamanda ölkədə növbədənkənar Prezident seçkilərinin keçirilməsi bir çox yönlərdən labüddür və tam yerindədir. Qarabağ məsələsi kimi uzunillik problemin tam həlli və bir sıra ümdə məsələlər bu seçkilərdə seçicilərin daha fəal olacağını müjdələyir. Fəqət yenə də qara qüvvələr, boykot sözündən başqa söz bilməyən və qarayaxmadan savayı iş bacarmayan özgüvənsizlər narahat olmağa başlayıblar.

 

Adını "Milli Şura" qoyub millilikdən payı olmayan dəstə beynəlxalq təşkilatları Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Bu qədər gülünc, nə qədər cılız, bu qədər ləlöyün olmaq olarmı?

 

Əriyib tarix səhnəsindən silinməklərini sinirə bilməyən bu dəstə Qərbdən mədət ummaqla diriləcəklərini güman edirlərsə yanılırlar. Həmin təşkilatlar deyildimi 30 illik Qarabağ məsələsinin həllində başımızın altına yastıq qoyan? İndi onlardan hansı "ədlaləti" umursunuz?

 

Kişilər indi həmin təşkilatlara, ağalarına şikayət edirlər. Qarabağ məsələsində niyə özünüzü didib tökmürdünüz, onda niyə beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər ünvanlamırdınız? İndi həftə səkkiz - mən doqquz üz tutursunuz onlara?

 

Beynəlxalq təşkilatların sizin yaralı barmağınıza yod basacağına inanmıram, ancaq bu seçkinin sizin yaranıza od basacağını dəqiq bilirəm. Demək əhalinin sosial vəziyyətinin ağır olması, digər problemlərin olması haqqında çıxışlarınızda səmimi deyilsiniz, sadəcə bu kimi məsələlərdən şəxsi məqsədinizə çatmaq üçün sui-istifadə edirsiniz. Xalqın adından danışıb indi də xalqa qarşı sanksiya tələb edirsiniz. Heç məğlub etdiyimiz ermənilər belə sizi kimi tələblər irəli sürmür. Bu nə deməkdir, bu nə xəyanətdir? Təsəvvür edək ki, guya hansısa sanksiya tətbiq ediləndə bundan xalq əziyyət çəkməyəcək, həssas təbəqənin durumu daha da ağırlaşmayacaq? Dövlətin xarici siyasətindəki uğurlarına, böyük qələbəyə qarşı kölgə salma niyyətinizdən dönməməklə bir daha astarınızı ifşa etdiniz.

 

Seçkini boykot etmək əvvəlcədən uğursuzluğunu və xalqın etimadını bir faiz də olsa qazana bilməyəcəyini dəqiq bilənlərə aiddir. Seçki vəziyəti sanki bir meydandır. İllərdir meydan oxuyursunuz. İndi buyurun bu da meydan. Meydandan qaçmaqla, xaricdən havadar axtarmaqla, qaranlıqlardan mədət ummaqla aydınlığa çıxa bilməzsiniz... Aydınlığa bəlkə seçkiyə qoşulmaqla çıxa bilərdiniz, onu da fövtə verib qaranlığı seçdiniz.

 

Partiya, siyasi təşkilat əgər seçkidə iştirak etmirsə, hər dəfə öz acizliyini min cür bəhanələrlə gizlətmək istəyir, boykot deməklə canını qurtarırsa o partiya kimə lazımdır? Hələ bir az da qabağa gedib başqalarını da bu yola dəvət və təhrik edirsə bu artıq siyasət deyil.

 

Milli Cəbhə Partiyası - MCP olaraq hər zaman bu fikirdə olmuşuq ki, seçkilərdə iştirak etmək ümumiyyətlə siyasi partiyalar üçün zəruridir və bir çox yönlərdən faydalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da