“Xalqın iradəsi cənab İlham Əliyevin üzərinə fokuslanıb”

11:00 22-12-2023 | icon 254 | Siyasət
“Xalqın iradəsi cənab İlham Əliyevin üzərinə fokuslanıb”

Bəhruz Məhərrəmov: “Növbədənkənar prezident seçkilərində bu, çox təbiidir”

 

“Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi yalnız 700 min üzvü olan bir siyasi təşkilatın yox, bütövlükdə 10 milyonluq Azərbaycan xalqının, hətta 50 milyonluq azərbaycanlı kimliyinin təkidli tələbdir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında deputat Bəhruz Məhərrəmov bildirib.

 

Deputatın sözlərinə görə, yaranışı belə ictimai-siyasi zərurətdən doğan və Heydər Əliyev şəxsiyyətinin işığında formalaşan bir təşkilatın bu gün öz qərarını xalqın tələbi əsasında qəbul etməsi təbiidir və çox müdrik yanaşmadır:

 

“Son 105 ildə 3 dəfə ictimai-siyasi formasiya dəyişmiş, Azərbaycan sabit inkişaf dövrünə məhz ötən əsrin 60-cı illərinin sonundan, Ulu Öndər ilk dəfə siyasi hakimiyyətə gəldikdən sonra qədəm qoyub. Hətta o zamankı İttifaq çərçivəsində belə tam şəkildə feodal təfəkkürdən çıxa bilməyən cəmiyyət, iqtisadi gerilik, zəngin tarixi-mədəni irsin isə nihilist-bolşevik təfəkküründə ərimək üzrə olduğu bir dövrdə Ulu Öndər Azərbaycana yeni nəfəs vermiş, ölkə inkişaf dövrünə qədəm qoymuşdu”.

 

B.Məhərrəmov qeyd edib ki, dahi Liderin siyasi hakimiyyətdən 6 illik kənarlaşdığı dövr Azərbaycan tarixinin ən ağır və utanc səhifələrinin yaşandığı perioda çevrilib. Bütün bu yaşananlar isə xalqın gen yaddaşına çevrildi və bu gün də üzərindən yarım əsrlik bir zamanın keçməsinə baxmayaraq hər bir azərbaycanlı Heydər Əliyev siyasi kursunun əhəmiyyətini, bu kursun davamlılığının ümummilli zərurət olduğunu dərk edir:

 

“Xüsusən bu kursun parlaq davamçısı, milli özünüdərk və inkişafı yeni mərhələyə yüksəltmiş İlham Əliyev şəxsiyyətinin rolu nəinki Azərbaycan xalqı, bütövlükdə Cənubi Qafqaz başda olmaqla, bütün regionumuzda təsirli iz buraxmaqdadır. Bu mənada, qədirbilən Azərbaycan xalqı və xalqın səs hüququna malik 700 min siyasi fəal vətəndaşının birləşdiyi bir partiyanın da növbədənkənar prezident seçkilərində iradəsinin məhz cənab İlham Əliyevin üzərinə fokuslanması çox təbiidir. Fevralın 7-də Azərbaycan xalqı növbəti illər üçün özünün dövlət başçısını, prezdentini seçəcək”.

 

T.Qafarlı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ