“Nazirlər kabineti ilə vitse-prezidentlik institutu birləşə bilər”

12:00 22-12-2023 | icon 258 | Siyasət
“Nazirlər kabineti ilə vitse-prezidentlik institutu birləşə bilər”

Arzuxan Əlizadə: “Növbədənkənar seçkilər bu islahatların həyata keçirilməsini şərtləndirir”

 

“Ölkə ciddi uğurlara imza atıb. Bundan sonra sosial iqtisadi vəziyyətin güclənməsi, ölkə daxili problemlərin həllinə ehtiyac yaranıb. Azərbaycan xalqı yeni seçiləcək prezidentdən yeni nailiyyətlər gözləyir. Hesab edirəm ki, növbəti seçkilərdə seçilən prezident bütün bu gözləntiləri qarşılaya biləcək”.

 

Versus.Az xəbər verir ki, bunu AMİP sədri Arzuxan Əlizadə növbədənkənar seçkilər və gözlənilən islahatlarla bağlı açıqlamasında bildirib.

 

A.Əlizadə qeud edib ki, növbədənkənar prezident seçkilərinin gündəmə gəlməsi bir qədər gözlənilməz idi. Onun fikrincə, cəmiyyətdə daha çox müzakirə olunan məsələ referendumun keçirilməsi, konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi idi. Partiya sədri, eləcə də parlament seçkilərinin keçirilməsi, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi, idaretmədə dəyişikliklərin olacağı ilə bağlı gözləntilərini önə çəkib.

 

O, eyni zamanda növbədənkənar seçkiləri şərtləndirən bir sıra amillərinə diqqət çəkib. Qeyd edib ki, bu amillərdən biri Azərbaycan torpaqlarının işğaldan azad olunması ölkə və regionda fərqli bir stiuasiyanın yaranması ilə bağlıdır:

 

“Ciddi isilahatlara gedilməsi, regionda bir sıra ciddi addımların atılması növbədənkənar seçkiləri şərtləndirdi. Azərbaycan ictimaiyyəti fərqli fikirdə deyil. Bu stiuasiyanın formalaşmasının əsas müəllifi isə Azərbaycan prezidenti İlham Əliyevdir. Azərbaycan torpaqlarının işğaldan azad edilib, Qarabağ problemi həll olunub. Bundan sonra sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, sərhədlərin delimitasiya demorkasiyası və digər məsələlər həll olunmalıdır. Prezidentin növbədənkənar seçkilər qərarı növbəti illərdə bu islahatların həyata keçirilməsini şərtləndirir”.

 

Partiya sədri prezident seçkilərindən sonra ciddi islahatlara gediləcəyini istisna etməyib. Onun fikrincə, paralel səlahiyyətləri olan dövlət strukturları olan nazirlər kabineti ilə vitse-prezidentlik institutu birləşə bilər:

 

“Nazirlər Kabinetinin səlahiyətlərinin vitseprezidentlik instutuna veriləcəyini ehtimal edirik. Eyni zamanda referendum, parlament seçkiləri ilə bağlı düzəlişlərin olacağı, proporsional seçki və qarışıq seçki sisteminin bərpa olunacağı, parlamentin say tərkibinin artırılacağı, eləcə də icra hakimiyyətlərinin bir struktur vahidi olaraq ləğv olunacağı, səlahiyyətlərinin əksər hissəsinin bələdiyyələrə veriləcəyini ehtimal edirik. Azərbaycan prezidenti özü də bundan əvvəl bir neçə dəfə köhnə struktur kimi icra hakimiyyətlərinin yenilənməyə ehtiyacının olduğu barədə mövqeyini açıqlayıb. İslahatların olacaq”.

 

T.Qafarlı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Bakının məşhur məktəbi təmirə bağlanır

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Ağdam Cümə məscidinin bərpadan sonra AÇILIŞI