Dünya liderləri İlham Əliyevi təbrik edirlər

12:15 22-12-2023 | icon 247 | Siyasət
Dünya liderləri İlham Əliyevi təbrik edirlər

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

 

President.az xəbər verir ki, məktubda deyilir:

 

“Hörmətli İlham Heydər oğlu.

 

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

 

Qeyd etmək istərdim ki, Sizin strateji baxışlarınız və rəhbərliyiniz ilə həyata keçirilən səmərəli siyasi və iqtisadi islahatlar Azərbaycanın beynəlxalq nüfuzunu və sabitliyini möhkəmləndirib, xalqın rifahını əhəmiyyətli dərəcədə yüksəldib.

 

Əminəm ki, Cənubi Qafqazda yeni geosiyasi reallıq, həmçinin nəqliyyat-logistika imkanlarının genişlənməsi gələcəkdə də Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır. Bu münasibətlər bizim ötən ilin aprel və oktyabr aylarındakı ikitərəfli səfərlərimizin yekunları nəticəsində misli görünməmiş səviyyəyə yüksəlib.

 

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirəm”.

 

Bundan başqa, Ukraynanın Prezidenti Volodimir Zelenski də Prezident İlham Əliyevi təbrik edib. 

 

Məktubda deyilir:

 

“Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

2023-cü il - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ili Azərbaycan və şəxsən Sizin üçün əlamətdar il oldu. Məhz bu il Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.

Ukraynanı azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizədə dəstəklədiyinizə, Rusiya ilə müharibənin humanitar nəticələrinin aradan qaldırılmasında yardıma görə Azərbaycana və şəxsən Sizə minnətdaram.

Mən dövlətlərimiz arasında mövcud dostluq münasibətlərini, şəxsi konstruktiv və səmimi dialoqumuzu yüksək qiymətləndirirəm. Əminəm ki, hörmət və etimada əsaslanan Ukrayna-Azərbaycan strateji əməkdaşlığı bundan sonra da hər iki ölkənin xalqlarının mənafeyi naminə fəal inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, bol enerji və məsuliyyətli dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da