Emin Ağalarovdan yeni ilə həsr edilən XEYRİYYƏ TƏDBİRİ

22:26 27-12-2023 | icon 507 | Şou-biznes
Emin Ağalarovdan yeni ilə həsr edilən XEYRİYYƏ TƏDBİRİ

Sea Breeze Event Hall’da uşaq evlərinin yetirmələrinin, şəhid övladlarının, aztəminatlı ailələrin uşaqlarının dəvət aldığı böyük yeni il xeyriyyə şənliyi keçirilib.

 

Versus.Az xəbər verir ki, genişmiqyaslı bayram tədbiri Agalarov Development şirkətinin prezidenti, Xəzərin sahilində yerləşən Sea Breeze istirahət şəhərciyinin sahibi Emin Ağalarovun təşəbbüsü ilə baş tutub.

 

Uşaqlar üçün teatral tamaşa və interaktiv oyunlar təşkil olunub. Həmçinin hər bir uşağa bayram hədiyyəsi verilib.

 

Sea Breeze’in rəhbərliyindən Qəmbər Bənənyarlı açıqlamasında deyib ki, Emin bəyin və şirkətin əsas məqsədlərindən biri sevgi və qayğıya ehtiyacı olan uşaqların yanında olmaqdır:

 

"Yeni il uşaqlarla belə böyük və mehriban ailə formatında bir araya gəlmək və bu sehrli bayramı birlikdə qeyd etmək üçün əla fürsətdir".

 

O, həmçinin Sea Breeze-də bu bayram şənliyinin hər il keçiriləcəyini və sevilən ənənəyə çevriləcəyini söyləyib.


Şaxta baba və Qar qızın uşaqlarla şam ağacı ətrafında əl-ələ tutaraq rəqs etməkləri isə hıəmin günün ən təsirli məqamlarından olub. Uşaqlar bir-biri ilə yarışaraq uğur və nailiyyətlərini onlarla bölüşməyə, şeir deməyə, şəkil çəkdirməyə və əlbəttə ki, hədiyyələrini almağa tələsirdilər.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR