Paytaxt təhsili

15:14 28-12-2023 | icon 548 | Təhsil
Paytaxt təhsili

2023-cü il nə ilə yadda qaldı?

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2023-cü illə bağlı hesabat hazırlayıb.

 

Bildirilib ki, BŞTİ-nin tabeliyində 676 təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərdə 505 470 şagirdin təlim-tərbiyəsi ilə 29 544 müəllim məşğul olur. 

 

Ümumi təhsil müəssisələrinin I siniflərində 42 226, IX siniflərində 43 490, XI siniflərində 28 288, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 166 nəfər təhsil alır.

 

2023-cü ildə BŞTİ-nin tabeliyindəki 336 məktəbəqədər təhsil müəssisəsinə 34 995 uşaq cəlb olunub.

 

Həmçinin, Bakı şəhəri Hövsan qəsəbəsində (MİDA Yaşayış Kompleksi) 13 və 14 saylı uşaq bağçaları istifadəyə verilib.

 

Bakı şəhəri Ramana qəsəbəsində 347 saylı uşaq bağçası və Xocəsən qəsəbəsində 348 saylı uşaq bağçası yaradılıb. Hazırda həmin müəssisələrin fəaliyyətə başlaması üçün zəruri tədbirlər görülür.

 

Hesabatda, həmçinin, qeyd olunur ki, respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 72 paytaxt məktəblisi qalib olub. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 13 nəfər qızıl, 18 nəfər gümüş, 41 nəfər bürünc medal qazanıb.

 

Fənn müsabiqələrində BŞTİ-nin tabeliyindəki məktəblərdə təhsil alan 31 şagird qızıl, gümüş və bürünc medal qazanıb. Onlardan səkkiz nəfəri riyaziyyat, dörd nəfəri fizika, yeddi nəfəri biologiya, bir nəfəri kimya, 11 nəfəri isə informatika fənni üzrə fərqlənənlər sırasında yer alıb.

 

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrini 2023-cü ildə 24 məzun qızıl və gümüş nişanla başa vurub.

 

Belə ki, paytaxt məktəblərinin XI sinif məzunlarından 18-i qızıl, altısı gümüş nişana layiq görülüb.

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrini 1 919 nəfər fərqlənmə attestatı ilə başa vurub.

 

Onlardan 1 029 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 890 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.

 

Bakı şəhəri üzrə 18 ümumi təhsil müəssisəsində 160-a yaxın şagird inklüziv təhsilə cəlb edilib. İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.

 

İl ərzində paytaxt üzrə 54 şagird fərdi təhsilə cəlb olunub. Qeyd edək ki, ümumilikdə BŞTİ-nin tabeliyindəki 175 təhsil müəssisəsində 398 şagird fərdi təhsil alır. Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.

 

Təhsil müəssisələrinə işə qəbul üzrə əvvəlki illərdə keçirilmiş müvafiq imtahan və müsahibələrdə uğur qazanan 12 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, dörd nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, dörd nəfər psixoloq, 20 nəfər laborant, iki nəfər kitabxanaçı, dörd nəfər kitabxana müdiri, üç nəfər uşaq birliyi təşkilatı rəhbəri və bir nəfər çağırışaqədərki hazırlıq rəhbəri il ərzində işə təyin edilib.

 

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqə keçirilib. Müsabiqədə uğur qazanan 16 nəfər BŞTİ-nin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul hüququ qazanıb.

 

2023-cü ildə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqısı 976 manat təşkil edib.

 

BŞTİ-nin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əməkhaqqısı isə 612 manat olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR