Kremlin siyasətindən narazı qalsalar da...

15:51 28-12-2023 | icon 960 | Geopolitika
Kremlin siyasətindən narazı qalsalar da...

Elxan Şahinoğlu: “Narazı qalsalar da, Rusiya ilə ittifaqdan qopa bilmirlər”

 

KTMT toplantısından imtina etməklə Rusiyadan üzünü döndərən Ermənistanın baş nazirini dekabrın 21-də Sankt-Peterburqda keçirilən zirvə toplantısına sürükləyən şərtlər müxtəlif aspektlərdə təhlillərin mövzusu olsa da, danılmaz fakt ortada. Ekspertlər, bununla da Ermənistanın yenidən Rusiyaya dönüşünü proqnozlaşdırır.

 

Bu fakt Ermənistanın Qərbdən üz çevriməsini şərtləndirən amil ola bilərmi? Ermənistan indi Rusiyadan nə gözləyir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Nikol PAşinyan sammitdə iştirakını həmin təşkilatın siyasi deyil, iqtsadi qurum kimi qiymətləndirməyə çalışsa da, sammitə qatılmaqdan imtina edə bilməyib.

 

Onun sözlərinə görə, gələn il Avrasiya İqtisadi Birliyinə sədrlik Ermənistana keçəcək:

 

"Paşinyan açıqlamasıyla Rusiya prezidenti Vladimir Putinə izah etmək istəyib ki, Ermənistan sədrlik dövründə Rusiyanın Avrasiya İqtisadi Birliyini anti-Qərb strukturuna çevirməyə imkan verməyəcək. Paşinyan həm də onu izah etməyə çalışıb ki, İrəvanın istəyinə rəğmən, Kreml Avrasiya İqtisadi Birliyini siyasi struktura çevirərsə, Ermənistan qurumu tərk edəcək. Əslində Avrasiya İqtisadi Birliyinə üzv olan Mərkəzi Asiya ölkələrinin liderləri də təşkilatı anti-Qərb strukturuna çevrillməsinin əleyhinədirlər. Çünki Mərkəzi Asiya ölkələri Rusiya ilə tərəfdaşlığa rəğmən, Qərb ölkələri ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək istəyirlər”.

 

E.ŞAhinoğlu eyni zamanda qeyd edib ki, Ermənistanın baş naziri Avrasiya İqtisadi Briliyinin və Müstəqil Dövlətlər Birliyinin Sankt-Peterburqda keçiriləcək toplantılarında iştirak məqsədilə Rusiyaya getməyə bilməzdi. Çünki Rusiya prezidenti son geniş mətbuat konfransında Paşinyanı yumşaq şəkildə hədələyərək, Ermənistanın Avrasiya İqtisadi Birliyini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyəcəyini əminlikdə bildirmişdi:

 

“Paşinyan və onun hökumət üzvləri Kremlin siyasətindən narazı qalsalar da, Rusiya ilə ittifaqdan qopa bilmirlər. Öz növbəsində Kreml əlindən gələni edir ki, Ermənistan Rusiyanın orbitindən çox uzaqlaşmasın. Bu məqsədlə Rusiya Qafanda Ermənistan ərazisində ikinci konsulluq xidməti açmağa hazırlaşır. Bundan başqa Kreml Ermənistanın yenidən Rusiya ilə hərbi-texniki əməkdaşlığa qayıtmasına çalışır. Bu istiqamətdə danışıqlar intensivləşib”.

 

Politoloq hesab edir ki, bu sammitdə Putin Qərbə iki mesaj olacaq:

 

"Birincisi budur ki, Rusiya Cənubi Qafqazda əsas oyunçulardan biri olaraq qalır və Qərb bu amili unutmamalıdır. İkincisi, Rusiya Azərbaycanla Ermənistan arasında əvvəlkitək əsas moderatordur. Ancaq Azərbaycanla Ermənistan son birbaşa danışıqlarda əldə etdikləri nəticə ilə göstərdilər ki, Bakı və İrəvanın xüsusi moderatora ehtiyacları yoxdur”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI