Polşadan Rusiyaya NOTA

01:02 30-12-2023 | icon 457 | Dünya
Polşadan Rusiyaya NOTA

Polşa Xarici İşlər Nazirliyi raket insidentinə görə Rusiyanın müvəqqəti işlər vəkili Andrey Ordaşı çağırıb.

 

Bu barədə Polşa XİN-in saytında yerləşdirilən məlumatda deyilir.

 

“Axşam saatlarında xarici işlər nazirinin müavini Vladislav Teofil Bartoşevski Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Andrey Ordaşı çağıraraq ona nota təqdim edib. Sənəddə  Polşanın hava məkanının qanadlı raketlə pozulmasına dair izahat və bu cür hərəkətləri dərhal dayandırmaq tələb edilib” , - məlumatda qeyd olunur.

 

Xatırladaq ki, dekabrın 29-da Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı naməlum uçan obyektin respublikanın hava məkanına daxil olması barədə məlumat yayıb. Polşa prezidenti Anjey Duda Müdafiə Nazirliyinin rəhbərliyi ilə təcili iclas keçirib. Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Vayslav Kukula ölkənin hava sərhədlərinin müvəqqəti olaraq Rusiya raketi tərəfindən pozulduğunu bəyan edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR