ATV-də “SƏHNƏ” açılır

16:26 04-01-2024 | icon 400 | Şou-biznes
ATV-də “SƏHNƏ” açılır

Fəxrəddin Manafov aparıcı olacaq

 

Sənət xiridarlarının səbirsizliklə gözlədiyi, teatr sənətinə həsr olunan və tam fərqli bir üslubda hazırlanan “Səhnə” adlı layihə yanvarın 6-da saat 22:00-da ATV telekanalında yayımlanacaq.

 

Versus.Az xəbər verir ki, həyat həqiqətlərini əks etdirən səhnə ilə, teatrla bağlı bir çox televiziya layihələri olub.

 

Lakin “Səhnə” layihəsi tam fərqli yanaşmada tamaşaçıların mühakiməsinə veriləcək. Səhnə və kulis, yaradıcılıq axtarışları, səhnə korifeylərimizin həyat və sənət dünyası, eyni zamanda, Azərbaycan teatrının keçdiyi tarixi yol, milli teatrımızın inkişaf mərhələləri kimi məqamlar yeni layihənin əsas hədəflərindəndir.

 

Maraqlı məqamlardan biri də odur ki, layihənin ideya müəllifi və rəhbəri də, verilişin aparıcısı da məhz sənət dünyasının məşhur simalarıdır. Belə ki, layihənin rəhbəri tanınmış teatr rejissoru, prodüser Ələkbər Tağızadə, aparıcısı isə Xalq artisti Fəxrəddin Manafovdur.

 

Qloballaşma, internet və özündə milyonlarla informasiya daşıyan sosial şəbəkələr, bayağı kontentlər hərdən insanlarda əsil sənət və sənətkar kriteriyalarını elə aşındırır ki, bəzən mənəvi qida tələbatı belə arxa plana keçir. Eləcə də, sənətlə bağlı fikir mübadilələri, mübahisələr, düşüncələr, axtarışlar da müasir insanın gündəmindən çıxır.

 

Məhz belə bir dönəmdə tamaşaçılara təqdim olunacaq “Səhnə” telelayihəsi teatrımızın keçmiş şöhrətini özünə qaytarmaqla yanaşı, əsil sənət xiridarı olan yüksək zövqlü tamaşaçı da formalaşdırmağa çalışacaq.

 

Bir sözlə, bir-birindən maraqlı sənət hekayələrini izləmək istəyirsinizsə, yanvarın 6-da, saat 22:00-da ATV kanalında “Səhnə”yə baxın.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR