2024-cü ilin ilk seçkisi KEÇİRİLDİ

18:05 07-01-2024 | icon 293 | Dünya
2024-cü ilin ilk seçkisi KEÇİRİLDİ

Yanvarın 7-də Banqladeşdə keçirlən parlament seçkilərində səsvermə başa çatıb.

Versus.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, seçicilərin 27,15 faizi seçki məntəqələrinə gəlib.

 

Banqladeşdə səsvermə bazar günü səhər ölkə üzrə 42 mindən çox seçki məntəqəsində başlayıb. Seçkilərdə 119,1 milyon qeydə alınmış seçici iştirak edə bilərdi.

Banqladeş parlamentində 350 yer var. 300 deputat səsvermə yolu ilə seçilir, qalan 50 yer qadınlar üçün saxlanılır və seçkilərdən sonra parlamentdə qüvvələrin bölgüsündən asılı olaraq bölüşdürülür.

Seçki yarışında 2 minə yaxın namizəd iştirak edir ki, bunun da 5,1%-ni qadınlar təşkil edir. Səslərin hesablanması səsvermə başa çatdıqdan sonra başlayacaq və ilk nəticələrin bazar ertəsi açıqlanması gözlənilir.
 

Əsas müxalifət partiyası Banqladeş Milliyyətçi Partiyası səsvermənin baş tutmaması üçün seçkiləri boykot etdiyini açıqlayıb. Banqladeşin ilk qadın baş naziri Xaleda Zianın rəhbərlik etdiyi partiya bildirib ki, hakimiyyətdə qalmaq istəyən hazırkı baş nazir Şeyx Hasinanın dövründə seçkilərin bütövlüyünə zəmanət verilə bilməz. Müxalifət insanları boykota qoşulmağa çağırıb.

 
 

Şeyx Hasina 2009-cu ildən Banqladeşin baş naziri vəzifəsini icra edir. O, ilk dəfə 1996-2001-ci illərdə baş nazir vəzifəsində çalışıb və onun yerinə Xalidə Ziya gəlib.

 

Xaleda Zia 1991-ci ildə Banqladeşin ilk qadın baş naziri olub. O, daha əvvəl 1991-ci ildən 1996-cı ilə qədər və yenidən 2001-2006-cı illərdə iki müddət baş nazir vəzifəsində çalışıb. Hazırda ev dustağı olan Zia üçüncü dəfə baş nazir olmaq istəyir.

 

Seçkilər gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçirilib. Bundan əvvəl ordu komandanlığı asayişi qorumaq üçün yanvarın 3-dən 10-dək ölkədə silahlı qüvvələrin yerləşdiriləcəyini açıqlamışdı.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR