Bakıda yeni Nəbatat Parkı YARADILACAQ

08:25 08-01-2024 | icon 229 | Cəmiyyət
Bakıda yeni Nəbatat Parkı YARADILACAQ

Xocahəsən gölünün yaxınlığında əsas yerli bitki növlərinin yetişdiriləcəyi və köçəri su-bataqlıq quşlarının miqrasiya məskəni olacaq yeni Nəbatat Parkının yaradılması nəzərdə tutulur.

 

Versus.Az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

 

Qeyd edilib ki, Xocahəsən gölünün bərpa layihəsi Xocahəsən - Lökbatan hibrid yaşıl dəhlizinin inkişafı üçün əlverişli şərait yaradır. Mövcud konsepsiyaya gölün şimal hissəsində aparılan neft hasilatı işlərinin dayandırılması, ərazilərin təmizlənməsi və kanalizasiya sisteminin yenidən qurulması daxildir. Ərazinin nəqliyyat əlaqəsi mövcud dəmir yolu üzərində yerləşən sərnişin dəmir yolu stansiyası vasitəsilə təmin ediləcək. Xocahəsən gölünün yaxınlığında əsas yerli bitki növlərinin yetişdiriləcəyi və köçəri su-bataqlıq quşlarının miqrasiya məskəni olacaq yeni Nəbatat Parkının yaradılması nəzərdə tutulur. Qu gölü ərazisi köçəri quş populyasıyalarının məskəni siyahısına daxildir. Bu təbii sərvəti fəal şəkildə idarə etməklə, ərazidə turistik əhəmiyyətə malik ornitoloji mərkəz yaradıla bilər. Bu baxımdan, ərazidə tətbiq olunan tipoloji mühafizə parametrləri və ərazinin sanitar-mühafizə zonası əraziyə xas xüsusiyyətlərin nəzərə alınması ilə yenidən nəzərdən keçirilməlidir: ekoloji funksiyaların yerinə yetirilməsinin təmin edilməsi, o cümlədən təbii sahilyanı ərazilər və su-bataqlıq sahələri yaratmaqla biomüxtəlifliyin çoxaldılması və suyun keyfiyyətinin artırılması; müxtəlif, yüksək standartlara cavab verən və maraqlı sahil ərazilərinin yaradılması. Buna yaşıllıqlardan və kiçik memarlıq formalarından ibarət kompozisiyalarla təchiz edilən sahilyanı ərazilərin yaradılması, ərazinin özünəməxsusluğunu ortaya qoyan nadir layihələndirmə həlllərinin nəzərdə tutulması və müxtəlif passiv və aktiv istirahət məkanlarının yaradılması ilə nail olmaq olar. Böyük şəhər parkı tipinə aid edilən Xocahəsən gölü ətrafındakı parkda mövsümi və ya müvəqqəti tədbirlər, avarçəkmə klubu kimi daimi fəaliyyətlər üçün imkanlar yaradıla bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR