Azərbaycanda da ərzaq ucuzlaşacaqmı?

12:59 09-01-2024 | icon 318 | İqtisadiyyat
Azərbaycanda da ərzaq ucuzlaşacaqmı?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, FAO əmsalı (ərzaq məhsullarının qiyməti - red.) ötən ilin dekabr ayı ilə müqayisədə 10,1 faiz aşağı düşüb. Dekabr ayında dünyadakı ərzaq qiymətlərinin indeksi əvvəlki ayla müqayisədə 1,5 faiz azalıb, şəkərin qlobal qiymətlərində kəskin azalma baş verib.

 

Maraqlıdır, ərzaq qiymətlərindəki azalma Azərbaycan bazarına da təsir göstərə bilərmi?

 

İqtisadçı-ekspert Xalid Kərimli mövzu ilə bağlı Bizim.media-ya danışıb. O, dünya bazarında bir sıra məhsulların qiymətinin ucuzlaşdığına diqqət çəkib:

 

“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı dünyada ərzaq qiymətlərinin aylıq müqayisəli statistikasını verir. Son hesabatına görə, 2022-ci illə müqayisədə 2023-cü ildə qiymət səviyyəsi orta hesabla 13,7 faiz aşağı olub. FAO əmsalı ötən ilin dekabr ayı ilə müqayisədə 10,1 faiz aşağı düşüb. Dekabr ayında dənli bitkilərin qiymət indeksi artıb. Xüsusilə, düyü qiymətlərində artım müşahidə edilir. Bu da Hindistanın düyü ixracının məhdudlaşdırma tədbirlərindən sonra olub. Düyü qiyməti, demək olar, hər ay artır. Düyünün qiyməti il ərzində 21 faiz yüksəlib. Ancaq bu indeksin müxtəlif komponentləri var. Məsələn, bitki yağlarında 1,4 faiz azalma var. Şəkərin qiyməti noyabr ayı ilə müqayisədə dekabrda 16,6 faiz azalıb. Buna baxmayaraq, ötən ilin dekabrı ilə müqayisədə təqribən 15 faiz daha yüksəkdir. Ət qiymətləri indeksində də bir faizlik enmə müşahidə edilir. Ət qiymətləri ötən ilin dekabrı ilə müqayisədə iki faizə yaxın azalıb”.

 

Ekspert əlavə edib ki, bu qiymətlər Azərbaycan bazarına da təsir göstərir:

 

“Bunun üçün altı-doqquz aylıq müddət tələb olunur. Çünki bu, hazırda birja qiymətləridir. Birjalarda müqavilələr bağlanır. Daha sonra çatdırılma şərtləri və müddəti altı-doqquz ay çəkir. Qiymətlərə təsirin müddətini İqtisadiyyat Nazirliyi hesablayıb. Azərbaycanda ilk dəfə olaraq 2023-cü ilin noyabrında qiymətlər 0,2 faiz azalıb. Güman edirəm ki, biz bu müddət ərzində ərzaq qiymətlərində azalmanı müşahidə edəcəyik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

İqtisadi tarazlıq nə zaman pozulur?

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Ögey anadan ŞOK ƏMƏL

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI