"Xəyallarda qalan Laçın" xatirə gündəlikdən bir hissə...

17:37 09-01-2024 | icon 479 | Cəmiyyət
"Xəyallarda qalan Laçın" xatirə gündəlikdən bir hissə...

İndi siz deyin, belələrinə dövlət kürsüsü etibar etmək olar?

QƏZƏNFƏR HÜSEYNOV
(Facebook sosial şəbəkəsində 27 noyabr 2019 cu ildə paylaşmışam)

 

Bu yaxınlarda məlumat aldım ki, Dağlıq Qarabağ üsyançılarının liderlərindən biri, sonralar Ermənistan prezidenti olmuş Robert Koçaryan kitab çap etdirmişdir. Kitabda Azərbaycan haqqında olmazın böhtanları daha çox yer almışdır. Rusiya vətəndaşı olan həmyerlimiz Məmməd Vəliməmmədov onun kitabı haqqında Rusiya və Azərbaycan mətbuatında faktlara əsaslanan tutarlı cavab vermişdir.

 

Koçaryanın kitabı erməni yalanlarının birinci kitabı deyildir, bunların yalanlarının auditoriyası çox böyükdür, bir cavabla onu susdurmaq mümkünsüzdür. Mən də R. Koçaryanı sovet vaxtından şəxsən olmasa da yaxın dostlarımın vasitəsi ilə tanıyırdım. Əlim çatsaydı Robertdən soruşardım ki, Qarabağ ipək kombinatında partiya komitə katibi vəzifəsində çalışanda azərbaycanlı "dostlarına" sutenyorluq xidməti göstərməsi haqqında niyə yazmayıb? Bu işə onu heç kim məcbur etmirdi. Heyf ki, Şuşanın sabiq prokuroru Rövşən (Allah rəhmət eləsin) avtoqəzada həlak oldu, yoxsa o, daha ətraflı faktlar qoyardı ortaya.

 

İndi görün ki, biz kimlərə uduzmuşuq? Faciə təkcə müharibə məğlub olmaq deyil, həm də kimə məğlub olmaqdır. Güclü bütün müharibələrdə qalib olub və şərəfsizlik sayılmayıb, ancaq belələrinə məğlub olmağa ad qoymağa dilim gəlmir əsl ad deyəm.

 

Müharibədə məğlubiyyətin əsas səbəbi düşmənin güclü, əks tərəfin isə zəif olmasıdır. Bu gündən keçmişə baxanda nə qədər uzaq olsa da bilmək olur ki, Azərbaycan maddi və insani resurslarına görə düşməndən heç də zəif deyildi, əksinə qat-qat güclü idi. Bəs niyə məğlub olduq?

 

Bu barədə çox yazılıb, çox deyilib. Əsas səbəb Azərbaycanda fərsiz hakimiyyət və hakimiyyətə həris müxalifət olduğu bir faktdır.

 

Mən, 1992 ci ilin may ayında Laçın düşmən tərəfindən işğal ediləndən az sonra cəmi 6 ay rayon icra hakimiyyəti başçısının birinci müavini vəzəfəsində çalışmışam və həmin dövrü həyatımın ən çətin dövrlərindən hesab edirəm. Bu müddətdə ölkədə qaraguruhun lap pik vəziyyəti idi. Heç kəs məndən inciməsin, şahidi olduğum hadisələr haqda social şəbəkədə olandan yazıram və deyirəm. Mənə bu dünyada Laçından əziz olan heç bir dəyər yoxdur, ona görə də Laçını düşmənə təhvil verən bütün siyasi qüvvələrə nə inamım var, nə də etibarım. İcra başçısının müavini olarkən Azərbaycanın dövlət katibi ilə armada olan telefon danışığı ilə Sizi tanış etməkdə də məqsədim bu gündə adicə bir iclas keçirməyi bacarmayan, bir birilərinə öz iclaslarında stul atan qaraguruha qarşı gözüaçıq olmağı nəzərinizə çatdırmaqdır. Nəinki bu gün, heç ibtidai icma dövründə də belə bacarıqsız rəhbərlər olmayıb.

 

Deməyin ki, paylaşdığım statusla bu xatirənin nə əlaqəsi var? Bir başa əlaqəsi var, bunlar olmasaydılar, Robert Koçaryan kimi sutenyor, Serj Sarqsyan kimi avaragorun birinə AZƏRBAYCAN boyda bir ölkə məğlub olmazdı. Belə bir deyim burda yerinə düşür-“ dəli öküzün əməlləri yadıma düşəndə az qalıram gönündən tikilən çarıqları ayğımdan çıxaram”.

 

Buyurun Azərbaycan Respublikası Dövlət Katibi Pənah Hüseynovla telefon danışığının mətni ilə tanış olun.
“Ölkə prezidenti seçkilərindən 2-3 gün əvvəl məni Ağcabədi icra hakimiyyətindən xəbər göndərdilər ki, rayon icra başçısı Azər Məmmədov Laçının yuxarı zonasında olduğu üçün gedin Pənah bəylə telefonla danışın. Axşam idi, Ağcabədi poçtundakı danışıq məntəqəsində (o vaxtlar Laçın rayon icra hakimiyyətinin iş yeri su idarəsinin bizə müvəqqəti verdiyi dəmir vaqon idi) onunla danışdığım aşağıdakı kimi oldu:


P.H. – Təcili Laçın bankını açıb, kommunist partiyasının büdcəsindən qalan pulları götürüb qaçqınlara paylayın.

Q. H. – Sabah şənbə günü olduğundan iş günü deyildir, bizim bankın pulları isə Ağcabədi bankında saxlanılır, bunun üçün Siz Milli Banka tapşırın ki, Ağcabədi bankına bu barədə göstəriş versinlər.

P. H. – Sən nə danışırsan? Deyirəm ki, təcili pulu götürüb camaata paylayın bazar günü seçkiyə qədər pul camaata paylanmalıdır.

Q. H. – Pənah bəy, mən əvvəllər bank müdiri olmuşam, bilirəm qayda necədir, siz Ağcabədi bankına göstəriş verilməsini təşkil edin, mən Laçın bankının müdirini sabah tezdən Beyləqandan bura gətirdərəm.

P. H. – Hə, sən partokratsan, səni kim qoyub ora?

Q. H. – Mən heç kəsə xahiş etməmişəm ki, məni bu vəzifəyə qoysun, əksinə başçı məndən israrla xahiş edib. Əgər istəyirsinizsə camaata pul paylansın, mən dediyimi edin.


Mən, çox çətinliklə ona izah edə bildim ki, proses mən deyən qaydada həyata keçməlidir.
Səhər sübh tezdən respublika mərkəzi bankının müavinləri Qiyas Məmmədov və Rəşid Məmmdədov Ağcabədiyə gəldilər, pulu bankdan alıb, laçınlılara payladılar. Nəticədə isə bizim seçicilər 70%-dən çox səsi prezidentliyə namizəd akademik Nizami Süleymanova verdilər, səsvermənin rəsmi nəticələrinin sonrasını isə bilmirəm.”

("Xəyallarda qalan Laçın" xatirə gündəlikdən bir hissə)

 

İndi Siz deyin, belələrinə dövlət kürsüsü etibar etmək olar? Bütün bu çatışmazlıqların kökündə bizim də az günahımız yoxdur. Təəssüf ki, Azərbaycanda siyasi təfəkkür bədii təfəkkürdən xeyli aşağıdadır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR