Ruslar demiş, "черт с ним"

17:34 10-01-2024 | icon 444 | Cəmiyyət
Ruslar demiş, "черт с ним"

Həvəsim olanda o tamaşadan da yazaram...

 

 

 

ÜLVİYYƏ ABIŞOVA

 

Hər bir şey bir tərəfə. Bu gün ən böyük problemimiz uşaqlar və onların təhsili, alacaqları savad, bilik deyil, "təhsil" ucbatından keçirtdikləri həyat tərzidi. İstər dövlət məktəbində, istər özəl məktəbdə oxusun - heç fərqi yoxdu bu məsələdə. Nə özəl məktəblər uşaqlara uşaq psixologiyası yönündən yanaşır, nə dövlət məktəbləri, nə də təhsil işçiləri. Uşaqlar bütün günlərini dərsə ayırmamalıdı. Uşaqların dünyagörüşünün formalaşmalı, sağlam həyat tərzinin bir növ təməllərindən sayılan idmanın sevdiyi növünü müəyyənləşdirib məşğul olmalı, hobbilərini inkişaf etdirməli ikən - dərsləri ilə yanaşı - yaşıdları ilə, yaxınları ilə də vaxt keçirə bilmək imkanlarına malik olmalı ikən, xeyri var, yoxdu, səmərəlidi-deyil, varsa da, yoxsa da - dərs.

 

Dövlətdə dərs - repetitor-dərs-yatmaq, özəllərdə dəəəərs- yatmaq- məktəblilər bu sxem üzrə yaşayır. İstisnalar qaydanı pozmaz. Vaxtı qalsın, yorulmasın, evdən qaçaqaçla çıxmasın deyə, zaman-zaman istirahət üçün rayonlara, bəzən kino-tamaşalara, bəzən də ad günü- dostlarla görüşə də vaxt qalsın deyə, sadəcə, İNSAN və ələxüsus da UŞAQ kimi də haqqı olan boş vaxtı qalsın deyə, biz həftəsonlarını maksimum boş saxlamağa çalışırıq. Aciz qalırsan valideyn kimi, alternativ seçimin olmadığına görə imkanın daxilində bu iki variantdan birini seçməli olursan. Ya dövlət məktəbi, ya özəl məktəb. Ruslar demiş, "черт с ним", bir də verilən bilikdən razı qalsan, məktəbdə keşirtdiyi vaxtdan razı qalsan, deyərsən, nəysə...

 

 

Deyə bilmirsən. Elə içində əzab çəkə-çəkə vurnuxursan. Necə addım atmalı olduğunu, nəyin düz olduğunu da bilmirsən. Bəzən bu yolu DOĞRU keçmiş valideynlərin məsləhətinə dərin ehtiyac yaranır. Amma varmı elələri. Uşaqlara düşünmək, öz fikrinə sahib olmaq, öz fikrini yazılı və şifahi izah etmək, keşirilən dərslərin Məğzini anlaya bilmək qabiliyyəti aşılanmalıdı. Alınırmı-?! Yenə də güc düşür valideynin üzərinə - normaldı, normal dərəcədə olarsa. Keçirtdiyim hiss- uşaqlıqlarının qayğısızlığını əllərindən aldığımız uşaqlara və bundan mənəvi əzab çəkən valideynlərə yazığın gəlir... Həyat bu qədər qaçaqaç, qovhaqov üzərində qurulmamalıdı deyə düşünürəm.

 

 

P.S. Bu da Xavərdən olsun. Bir neçə gün əvvəl deyir ki, mən robotlardan qorxuram, həm də sevmirəm onları. Onlar işləyəcək, insanlara iş tapılmayacaq... Şərhsiz...

 

P.P.S. Bu yəqin ki, içimdəki "fəryadın" (yumşaltmaq da olar) yazıya dönüşü oldu...

 

Bugün Şelkunçikə aparmaq istəyirdim. Əlahəzrət dərslər imkan vermədi sanki...

 

Həvəsim olanda da, bir ara ingilis dilində hazırlanan (!) "Anamın kitabı" tamaşasından yazaram.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq