Daxili xəstəliklərdən biri haqqında - REVMATİZM

10:18 17-02-2024 | icon 730 | Sağlamlıq
Daxili xəstəliklərdən biri haqqında - REVMATİZM

Nərminə Abbasova: “Revmatizm xəstəliyinin müalicəsi qeyri müəyyən müddət aparılır”

 

“Daxili xəstəliklər tibb elminin bir sahəsidir. Daxili xəstəliklər dedikdə həzm sistemi xəstəlikləri, qaraciyər xəstəlikləri, arterial təzyiq, od kisəsinin xəstəlikləri, infeksiya xəstəlikləri, tiroid xəstəlikləri, şəkərli diabet, böyrək xəstəlikləri, mədəaltı vəz problemləri, revmatik xəstəliklər, əzələ və skelet sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri nəzərdə tutulur. Bu növ xəstəliklərin müalicəsi ilə problemli olan orqan üzrə ixtisaslaşmış həkimlər məşğul olurlar. Bizim MayoMed Klinikasında məhz ixtisaslaşmış həkimlər çalışır”.

 

Daxili xəstəliklərdən revmatizmlə bağlı oxucularımızı məlumatlandıran MayoMed Klinikasının rəhbəri Nərminə xanım Abbasova versus.az-a açıqlamasında bildirib ki, revmatizmal xəstəliklər xroniki, daim müalicə və izləmə tələb edən qrup xəstəliklərdir:

 

“Müalicə preparatları xəstəliyin növünə və ağırlığına görə seçilir. Bu xəstəliklərin haqqında çox yanlış fikirlər var. Belə ki, kurslarla müalicə alib dayandırmaq, müalicə kurslarını 6 ayda bir təkrarlamaq, türkəçarə ilə davam etmək və sair - bunlar xəstəliyi daha da ağırlaşdırır və erkən yaşda əlilliyə və hətta həyatı itirməyə gətirib çıxardır”.

 

Bu xəstələrin uzunmüddətli müalicələrinin necə planlanmasına gəlincə, həkim qeyd etdi ki, xəstələrin müalicəsi sağalma əldə edənədək davam etdirilir, yeni atak keçirtmədiyi halda azaldılır və baza dərmanın qəbulu davam etdirilir. Nərminə xanım vurğulayıb ki, hətta bir neçə il heç atak yaşamayan bəzi xəstələrin müalicəsini dayandırmaq belə mümkündür.

 

Revmatizm haqqında ətraflı danışan N.Abbasova bildirdi ki, Revmatizm – birləşdirici toxumaların iltihabı xəstəliyidir:

 

 

“Streptokok infeksiyasına yoluxmuş insanlarda xəstəliyin xroniki hala keçməsi nəticəsində inkişaf edən bir xəstəlikdir. Revmatizm xəstəliyi xəstənin fiziki iş qabiliyyətini və aktivliyini əlindən alır. Buna səbəb iri oynaqlarda və ürəkdə revmatizmin yaratdığı ağırlaşmalar olur. Revmatizm xəstəliyinin oynaqlarda lokalizə olunması revmatik artrit, ürəyi yoluxdurması isə revmokardit adlanır. Revmatizm xəstəliyi daha çox uşaqlıq illərində immun sistemi zəif olan uşaqlarda müalicə almadıqları təqdirdə inkişaf edir. Müalicəsi kifayət qədər güclü olmayanda xroniki hala keçir və uzun illər tədricən inkişaf edərək ağırlaşmalar verir. Revmatizmin uşaqlarda olmasını adətən valideynlər onların hərəkətlərindən və şikayətlərindən xəbər tutub həkimə müraciət edirlər. Uşaqlar ilk öncə oynaqlardakı ağrılardan şikayətlənirlər. Daha sonra əzginlik, halsızlıq, taqətsizlik, ürək döyüntüsü kimi şikayətlər valideyni narahat edir. Revmokardit zamanı ürəyin qişaları - daxili qişa endokard, xarici qişa perikard və orta qişası olan ürək əzələsi- miokard iltihabı prosesin hədəfinə çevrilə bilər. Revmatizm prosesinin ürəkdə inkişaf etməsi və ürək qüsuruna səbəb ola biləcəyinə ciddi yanaşmaq lazımdır. Bəzən revmatizmin revmokarditə yol açması və prosesin əlamətsiz dərinləşməsi faktoru ürək klapanlarının sağalmaz zədələnməsinə səbəb olur. Bu da revmatizmin ağır və təhlükəli bir xəstəlik olduğunu göstərir”.

 

Həkim deyir ki, revmatizm xəstəliyi təkcə oynaqları və ürəyi deyil, digər çox vacib orqanları da zədələyə bilir, eləcə də sinir və endokrin sistemlərin fəaliyyətini pozur. Onun sözlərinə görə, xəstələrin immun sistemi tədricən zəifləyir və infeksiyalara qarşı mübarizə aparmaq gücündə olmur. Bu da orqanizmin toksiki maddələrlə yüklənməsinə səbəb olur.

 

Revmatizmin əlamətlərindən bəhs edən Nərminə xanım bildirdi ki, xəstəliyin erkən əlamətləri oynaqlarda ağrının tapılmasıdır. Onun sözlərinə görə, bu əlamətlər bütün xəstələrdə özünü büruzə verir və revmatik artrit adlanır:

 

 

“Revmatik artritin ilkin inkişaf mərhələsində ağrılar yalnız iri oynaqlarda qeydə alınır. Əsasən diz və dirsək nahiyələrində ağrılar daha çox narahat edir. Amma ağrılar bütün digər oynaqlarda da ola bilər. Revmatizm münasib şərait yarananda kəskinləşir və bu zaman xəstə ciddi narahatedici hisslər yaşayır. Oynaqlardakı ağrılar xəstələrə əziyyət verir və onları halsız vəziyyətə salır. Bu zaman bütün bədəndə sinir oyanıqlığı hökm sürür və xəstə heç cür ondan azad ola bilmir. Lakin belə bir vəziyyət uzun sürmür və sərbəst olaraq bir neçə dəqiqə və ya saatdan sonra keçib gedir. Revmatizm ağırlaşmasının az müşahidə olunan əlamətləri vardır. Bu əlamətlər bədənin müxtəlif nahiyələrində qızartıların və revmatik düyünlərin əmələ gəlməsi kimi büruzə verir. Revmatik düyünlər dərialtı nahiyələrdə əmələ gəlir - dairəvi formadadır, bərkdir, az hərəkətlidir, ağrısızdır, az və ya çox sayda ola bilir, ölçüləri qeyri müəyyəndir. Revmatik düyünlər iri və orta oynaqlarda, fəqərə boyu nahiyələrdə və vətərlərdə əmələ gəlir. Adətən düyünlər bir neçə gündən sonra sərbəst olaraq yox olur. Bəzən itməsi 1-2 ay çəkir və vaxtaşırı bu proses yenidən təkrarlanır”.

 

Həkim deyir ki, revmatizm xəstəliyinin müalicəsi qeyri müəyyən müddət aparılır. Çünki ağırlıq dərəcəsi nəzərə alınar və hər bir xəstəyə individual müalicə metodu tətbiq edilir:

 

“Revmatizmin yüngül formasında 1 kurs müalicə müddəti 3-5 həftə, ağır formasında isə 6-8 həftə davam edir. Revmatizmin birinci müalicə kursu bitəndən sonra xəstə pəhriz qidalanma və orqanizmin gücləndirilməsi istiqamətində profilaktik tədbirlərin tətbiqi davam edir. Revmatizmin növbəti müalicə kursu xəstənin yaşından və xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Fasilə 4-6 həftə ola bilər. Revmatizm əlamətlərini özündə müşahidə edən hər kəs öncədən profilaktik tədbirləri görüb xəstəliyin qarşısını onun ilkin inkişaf mərhələsində ala bilər”.

 

 

QEYD:

 

Ailə həkimi Nərminə Abbasova revmatizmdən əziyyət çəkən hər kəsi MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaq.

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq