Magistraturaya qəbul imtahanının VAXTI

11:47 12-01-2024 | icon 373 | Təhsil
Magistraturaya qəbul imtahanının VAXTI

Magistraturaya qəbul imtahanının (I cəhd) fevralın 11-də keçirilməsi nəzərdə tutulur.

 

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

 

Qeyd olunub ki, imtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 15-dən 29-dək aparılacaq.

 

“Magistr” jurnalının 2 nömrəli buraxılışı nəşr edilib. Jurnalda ali təhsil müəssisələrinin magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılma və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri dərc edilib.

 

Jurnalda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib. Hər bir fənn üzrə jurnalda verilən QR-kodu skan etməklə müvafiq audiofayla birbaşa keçid edə və bu audiofayla qulaq asmaqla verilən tapşırıqları yerinə yetirə bilərsiniz.

 

Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR