Azərbaycan GUAM-a sədrlik edəcək

14:02 16-01-2024 | icon 626 | Geopolitika
Azərbaycan GUAM-a sədrlik edəcək
 
 
 

Azərbaycanın 2024-cü il üçün Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatda (GUAM) sədrliyinin əsas istiqamətləri müəyyən edilib.

 

 

Versus.az bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir.

 

  

Qeyd olunub ki, Azərbaycan sədrlik müddətində təşkilatın məqsədlərinin həyata keçirilməsinə töhfə verməyə, xüsusilə də minatəmizləmə və münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsində təcrübə və bilik mübadiləsi, nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsinə çalışacaq. Eyni zamanda rəqəmsallaşma sahəsində fəaliyyətin stimullaşdırılması, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması, enerji təhlükəsizliyi sahəsi və s. kimi əməkdaşlıq sahələrinə diqqət yetirəcək.

 

Bundan əlavə, Azərbaycanın sədrliyi beynəlxalq platformalar - BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində GUAM-a üzv dövlətlərin birgə səylərini əlaqələndirməyə davam edəcək. Sədrlik həmçinin təşkilatın səmərəliliyinin artırılmasına diqqət yetirəcək.

 

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın sədrliyi Milli Koordinatorlar Şurası və Xarici İşlər Nazirləri Şurasının iclaslarını da təşkil edəcək.

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ