Fransadan Azərbaycana qarşı daha bir qərəz

14:30 16-01-2024 | icon 636 | Geopolitika
Fransadan Azərbaycana qarşı daha bir qərəz

 

Casus qalmaqalının ardınca Makron Fransasının anti-Azərbaycan isterikası getdikcə güclənir.

 

Versus.az yerli mediada yayılan məlumatlara istinadla bildirir ki,  sabah, yanvarın 17-də isə Fransa parlamentinin yuxarı palatasında – Senatda ölkəmiz və onun suverenliyi, ərazi bütövlüyü əleyhinə növbəti qərəzli qətnamə layihəsi müzakirəyə çıxarılacaq. “Senat Azərbaycanın Dağlıq Qarabağa (?! - red.) hərbi hücumunu pisləyən və Ermənistana hər hansı təcavüz cəhdinin, onun ərazi bütövlüyünün pozulmasının qarşısını alan qətnamə layihəsinə baxacaq”, - Senatının rəsmi saytındakı xəbərdə qeyd edilir.

 

Sənəd layihəsində həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiqi tələbi yer alıb və “erməni əhalinin Qarabağa qayıtmaq hüququna zəmanət verilməsi” tələb olunur.

Fransa hətta Paşinyan hökumətinin iradəsi ziddinə gedərək, separatçılara dəstəyindən qalmır. Dəqiq məlumatlara görə, mifik qurumun hansısa şəkildə, məsələn, “mühacir artsax hökuməti” formasında mövcudluğunda da ən çox Paris təkid edir.

Odur ki, 2024-cü ildə Bakının informasiya-təbliğat sahəsində ən böyük davası yəqin ki, elə Fransa ilə, qismən də ABŞ-la olacaq. Unutmayaq, dünyanın ən güclü erməni diasporları məhz bu iki ölkədədir. İstisna deyil ki, Paris sabahkı anti-Azərbaycan sənədinin oxşarını BMT TŞ-dən də keçirməyə çalışacaq. Baxaq görək, yekun variant necə olacaq...

Qarabağdan könüllü getmiş erməni sakinlərin geri qayıdış şərtləri də məlum: portal açıqdır, öncə onlar Azərbaycanın vətəndaşlığını qəbul etməli, bayrağımız altında yaşamağa hazır olduqlarını bildirməlidirlər. Onların qayıdışı üçün ən güclü zəmanət də budur. Biz daha öz ərazimizdə yad ölkənin vətəndaşlarının kefləri istədikləri kimi, qanunsuz yaşamasına, üstəlik, təzədən qanunsuz silahlı dəstələr yaratmasına izn verməyəcəyik! Görəsən Fransanın özü buna razı olarmı?

“Boz zona” dönəmi bitdi, cənablar! Siyasətdə bir suya iki dəfə girmək mümkünsüz...

 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI