“Azərbaycan ərazisində olan belə şəbəkələr zərərsizləşdirilməlidir ki...”

15:24 16-01-2024 | icon 204 | Siyasət
“Azərbaycan ərazisində olan belə şəbəkələr zərərsizləşdirilməlidir ki...”

Əli Mustafa: "Bu şəbəkələrin fəaliyyətinin bəlli hədləri, qirmızı xəttləri var"

 

"Fransanın Azərbaycanda olan şəbəkəsinin fəaliyyəti təqdir oluna bilməz. Çünki Fransa Ermənistanən işğalçılıq maraqlarını müdafiə edən, erməni kuklası olan bir dövlət kimi çıxış edir. Azərbaycanda Fransanın cəsus şəbəkəsinin olması, Ermənistanın şəbəkəsinin olması deməkdir".

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Əli Mustafa Fransanın Azərbaycanda ifşa olunan cəsus şəbəkəsi ilə bağlı açıqlamasında bildirib.

 

Ə.Mustafa, bütün dövlətlərin maraqlı olduqları digər ölkələrdə bu cür şəbəkələrinin mövcud olduğunu deyib:

 

"Bu, beynəlxalq münasibətlər sistemində otruşmuş bir məsələ olaraq açıq və gizli əlaqələrin qurulması, həmin dövlətlərin maraqlarına xidmət edən faktor kimi qeyd olunur. Ancaq bu şəbəkələrin fəaliyyətinin bəlli hədləri, qirmızı xəttləri var. Bəzən o fəaliyyət həmin xətləri keçib dövlətin təhlüksəziliyini təhdid edirsə, fəaliyyəti dayandırılır. Cəsus şəbəkəsinin aşkar olunması onu göstərir ki, bizim bu istiqamətdə görüləcək işlərimiz çoxdur. Milli dövlətin qurulmasına maneə olan hər bir yad ünsür aradan qaldırılmalı, xüsusilə bizə dost olmayan dövlətlərin kalonları yığışdırılmalıdır. Azərbaycan ərazisində olan belə şəbəkələr aşkar edib zərərsizləşdirilməlidir ki, ölkəyə zərər dəyməsin”.

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR