Silahsız cəbhə - Nəhənglərin yeni tələsi

18:53 16-01-2024 | icon 836 | Geopolitika
Silahsız cəbhə - Nəhənglərin yeni tələsi

Vüqar Dadaşov: "Hədəfləri reallaşdıran qlobal təşkilatların vasitəsi ilə çox asanlaşır"

 

Bu günlərdə Davosda keçirilən Dünya İqtisadi Forumunda Ümumdünya Səhiyyə Təşkilatı bəşəriyyəti C-19-dan da daha təhlükəli "X" adlanan pandemiyanın bürüyəcəyi haqqında anons verdi.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, hüquqşünas Vüqar Dadaşov bildirib ki, nə Dünya İqtisadi Forumu, nə də Ümumdünya Səhiyyə Təşkilatı artıq nə iqtisadi, nə də humanitar təşkilat deyil.

 

Onun sözlərinə görə, bu təşkilatları çəkinmədən böyük və gizli qüvvərin qlobal siyasi təşkilatı adlandırmaq olar:

 

"Qlobal güclərin bu təşkilatları iqtisadi və humanitar yöndən siyasi təsir, rıçaq alətinə çevirməsi artıq danılmaz faktdır. Maraqlısı da odur ki, II-ci Dünya müharibəsindən sonra dünya dövlətlərinin mütləq çoxluğunun dəstəyi və üzvlüyü ilə dünyanın siyasi düzənini, balansı tənzimləmək üçün məhz Beynəlxalq Millətlər Təşkilatı (BMT) yaradılıb. Ancaq BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) beş daimi üzvü (ABŞ, SSRİ-Rusiya, Böyük Britaniyanın, Çin, Fransa) bu təşkilatı öz məqsədləri üçün istifadə etməsi və dəyişən zamanla islahatlara getməməsi əlbəttə ki, BMT-ni, bu nüfuzlu təşkilatı dişsiz, əhəmiyyətsiz və təsirsiz təşkilata, yəni siyasi təşkilatdan humanitar təşkilata çevirib".

 

V.Dadaşov qeyd edib ki, əlbəttə, rəqabət aparan sivilizasiyaların və dövlətlərin hədəflərini reallaşdıran, ancaq hərb yolu ilə deyil, iqtisadi, humanitar, informasiya və s. üsullardan istifadə məhz belə qlobal təşkilatların vasitəsi ilə çox asanlaşır. Sözüz, bu silahsız cəbhədir:

 

"Bəli, bu amansız sivilizasiyaların silahsız müharibəsindən sağ çıxmaq üçün ancaq öz xalqımıza, dövlətimizə arxayın ola bilərik. Təbii ki, dövlətimizin iqtisadi cəhətdən asılılğını minumuma endirmək və hərbi gücümüzü artırmaqda davam etməliyik. Beynəlxalq müstəvidə isə siyasi-diplomatik fəaliyyətimizi müttəfiqlərimizlə koordinasiyalı şəkildə həm gücləndirməli və həm də genişləndirməliyik".

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI