4 dəfə prezidentliyə namizəd niyə utandı?

14:36 17-01-2024 | icon 449 | Siyasət
4 dəfə prezidentliyə namizəd niyə utandı?

Hafiz Hacıyev: "Bu cür debatlar ölkənin imicinə zərər vurur"

 

Xəbər verdiyimiz kimi, 7 fevral növbədənkənar prezident seçkilərinə namizədliyi təsdiqlənmiş namizədlərin təbliğat və təşviqat prosesi başlayıb. Və yanvarın 15-də İctimai Televiziyada təbliğat və təşviqat kampaniyası üçün ayrılmış ödənişsiz efir vaxtında namizədlərin ilk debatı baş tutub. Burada səsləndirilən fikirlər və çıxışlar ictimaiyyətdə birmənalı qarşılanmayıb.

 

Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Hafiz Hacıyev debata baxanda utandığını bildirib:

 

“4 dəfə prezident seçkilərinə namizədliyini irəli sürmüş biri olaraq deyə bilərəm ki, bu cür debatlar ölkənin imicinə zərər vurur. Prezident İlham Əliyev bu gün böyük nüfuza malikdir. Qarabağ məsələsi artıq bağlanıb, Azərbaycan torpaqları üzərində suverenliyini bərpa edib. Yeni dövr başlayıb. Bu dövrdə də böyük işlər görmək üçün güclü nüfuz lazımdır. Həmin nüfuz da İlham Əliyevdədir. Təklif edirəm ki, namizədlər açıq şəkildə etiraf etsinlər ki, seçki yarışında İlham Əliyevin arxası ilə çata bilmirlər. Bununla da seçkilərdə iştirakdan imtina etsinlər. Ölkə prezidentini indidən təbrik edir, fəaliyyətində uğurlar arzulayıram”.

 

H.Hacıyev namizəd olsa idi efirdən hansı təklifləri səsləndirərdi? Hazırkı şəraitə uyğun nə deyərdi? Keçmiş namizəd deyib ki, Qarabağ mövzusu artıq bitib:

 

“Buna qayıtmağın mənası yoxdur. Sülh müqaviləsi də ortaq razılıq olduğu halda imzalanacaq. Ermənistan problem yaradırsa, özü bilər. İmzalanmasa da olar. Mən əgər namizədlər sırasında olsa idim, xalqın gələcəyinə dair addımlar atardım. Korrupsiya, məmur özbaşınalığı son həddə çatıb. Yanğınlar baş alıb gedir. Daha sonra işsizliyin qarşısını almaq üçün yeni iş yerlərinin açılması, pensiyaların artırılması, qiymət artımı, qaz, işıq limitinin aradan qaldırılması əsas mövzular olmalıdır”. /Globalinfo.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?