"İtirən Fransanın özü olacaq"

15:41 17-01-2024 | icon 384 | Siyasət
"İtirən Fransanın özü olacaq"

Aydın Mirzəzadə: “Fransa bilməlidir ki, onun bu siyasəti Azərbaycan tərəfindən həmişə qətiyyətlə alnacaq”

 

“Fransanın cəsus şəbəkəsinin Azərbaycana qarşı qərəzli münasibəti Emanuel Makronun uğursuz xarici siyasətinin bir hissəsidir. Onun Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alması Ermənistanın Azərbaycan torpaqlarını işğalına haqq qazandırması, separatçı rejimi dəstəkləməsi heç də Fransa kimi qədim tarixə və yüksək statusa malik ölkə üçün baş ucaldan bir siyasət deyil”.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin deputatı Aydın Mirzəzadə Fransanın cəsus səbəkəsinin ifşa olunması, cəsus fəaliyyətin arxasında dayanan məqsədlərlə bağlı açıqlamasında bildirib.

 

A.Mirzəzadə qeyd edib ki, Fransa cəsus şəbəkəsi vasitəsilə əldə etdiyi informasiyaları Ermənstana ötürməyə və Ermənistanın Azərbaycana qarşı yeni çirkin niyyətlərində istifadə edilməli idi:

 

“Azərbaycan xüsusi xidmət orqanlarının sayıqlığı və peşəkarlığı bu niyyətlərin qarşısını qətiyyətlə aldı. Fransa bütün dünyada, digər ölkələrdə cəsus şəbəkəsi yaradan bir ölkə kimi yenidən gündəmə gəldi. Heç də təsadüfi deyil ki, nəinki dünya mətbuatında, hətta Fransa mətbuatının özündə də Azərbaycanın qətiyyəti etiraf edilir. Düzdür, bu özünəxas Makronsayağı verilir. Ancaq bununla belə dünya siyasətində yeni olan bir dövlətin öz suverin hüquqlarını qoruması Fransa üçün çox böyük bir zərbədir. Fransanın apardığı bu siyasət onu tək Azərbaycanla deyil, digər türk dövlətləri ilə münasibətlərdə də böyük təhlükə altında qoyur. Bu gün Türkiyə ilə onun münasibətləri pisdir. Makronun mərkəzi Asiya ölkələrinə səfərinə baxmayaraq yenə də hansısa müsbət nəticələr əldə etmək mümkün olmamşdır”.

 

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan üçün Makron Fransası ilə Fransız xalqının Fransası arasında böyük fərq var:

 

“Azərbaycanda Azərbaycan Fransa Universiteti fəaliyyət göstərir, Azərbaycanda Fransız likeyi vardır, Azərbaycan orta məktəblərində və ali məktəbərində fransız dili öyrənilir. Bütün bunların hamısı Azərbaycanın mədəniyyətə olan marağını,dünya birliyində öz layiqli yerini tutmaq üçün atdığı ciddi addımlardan xəbər verir. Fransa bilməlidir ki, onun anriAzərbaycan siyasəti Azərbaycan tərəfindən həmişə qətiyyətlə alnacaq. Bundan itirən isə Fransanın özü olacaq”.

 

T.Qafralı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?