Yataqxanadakı yanğında xəsarət alanlar evə buraxılıb
Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasındakı yanğında xəsarət alanlar evə buraxılıblar.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, yanvarın 18-də Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 3 nəfər (ikisi kişi, biri qadın) ambulator müalicə üçün evə buraxılıb.
Xəbər lenti
Yol kənarındakı qanunsuz tikililər sökülüb
Qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlər davam edir