Həkimlər və pasiyentlər elektron reseptlərin tətbiqinə hazırdırlar?

09:14 19-01-2024 | icon 431 | Sağlamlıq
Həkimlər və pasiyentlər elektron reseptlərin tətbiqinə hazırdırlar?

Artıq həkimə müraciət edən pasiyentlər kağızda deyil, elektron formada olan reseptlərlə apteklərdən dərman ala biləcəklər.

 

Amma bəzi vətəndaşlar elektron reseptlərin istifadəsində çətinliklər yaşaya biləcəklərini düşünürlər. Bəzi vətəndaşlar isə elektron reseptlərin ənənəvi reseptlərə nisbətən daha rahat olacağı qənaətindədirlər.

 

Xezerxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı həkimlər deyirlər ki, sözügedən elektron reseptlər vətəndaşların tibbi məlumatlarına əlçatanlığını təmin edəcək.

 

Həkim Aydın Əliyev isə texniki məsələlərdə çətinlik çəkən həkimlər üçün təlimlər keçilməsinin vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, elektron resept kağız dövriyyəsini aradan qaldıracaq, həkimlər vətəndaşlara onlayn və sürətli şəkildə xidmət göstərəcək. Eyni zamanda, elektron resept əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək.                                

Ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR