Azərbaycanın müstəqillik və azadlıq mübarizəsinin RƏMZİ

17:20 19-01-2024 | icon 303 | Siyasət
Azərbaycanın müstəqillik və azadlıq mübarizəsinin RƏMZİ

Aydın Hüseynov: “Xalqımız azadlıq və müstəqilliyinə qovuşdu"

 

“Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri həm də millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Ermənilərin fitvası ilə törədilmiş bu cinayət törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, bu çətin günlərdə Azərbaycanın dahi oğlu, Lideri Heydər Əliyevin Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlib kəskin bəyanatla çıxış edərək öz haqq səsini ucaltması xalqımıza güc verdi və müstəqilliyin bərpasında mühüm tarixi hadisəyə çevrildi. Xalqımız azadlıq və müstəqilliyinə qovuşdu”.

 

Versus.Az xəbər verir ki, bunu 20 yanvar anım günü ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

 

Deputat qeyd edib ki, 20 Yanvar hadisələrinə düzgün və obyektiv hüquqi-siyasi qiymət verilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır:

 

“Xalqın tələbi ilə Azərbaycana ikinci dəfə rəhbərliyə qayıtdıqdan sonra Ulu öndər 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı, həmin il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi. Azərbaycan xalqı sonrakı illərdə öz müstəqillik amalını və həmrəyliyini gücləndirərək vahid milli ideya ətrafında daha sıx birləşərək Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi və Cənab Prezident İlham Əliyevin liderliyi ilə milli dövlətçilik ideyasını və milli maraqlarını bütövləşdirdi. Öz gücünü və qüdrətini artıraraq müstəqil ordu qurucluğunu formalaşdırdı və ən müqəddəs amalımız olan ərazilərimizin işğaldan azad olunmasına nail oldu”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR