Havanın təmizlənməsi üçün SÜNİ YAĞIŞ

11:47 20-01-2024 | icon 353 | Dünya
Havanın təmizlənməsi üçün SÜNİ YAĞIŞ

Pakistanın Lahor şəhərində havanın çirklənməsi kritik səviyyəyə çatıb. Fövqəladə ekoloji vəziyyət səbəbindən hakimiyyət orqanları məktəbləri, parkları və bazarları bağlamalı olub.

 

Versus.az xəbər verir ki, problemin həllindən ötrü süni yağış əmələ gətirmək qərarı verilib. Bunun üçün şəhərin 10 rayonu üzərinə gümüş yodid səpilib və bu, rütubətin kondensasiyası prosesini sürətləndirərək yağıntılara səbəb olub.

 

“The Guardian” yazır ki, bu, havanın çirklənmə səviyyəsinin 300 mkq/kubmetrdən 189 mkq/kubmetrədək azalmasına kömək edib. Hakimiyyət orqanları bu üsulu uğurlu adlandırıblar, lakin yağıntının həcmi onları qane etməyib. Bundan başqa, çirklənmənin əvvəlki göstəriciləri artıq iki gün sonra geri qayıdıb. Beynəlxalq Təbiəti Mühafizə İttifaqında hesab edirlər ki, iqlimə buna bənzər müdaxilələr vəziyyəti yalnız pisləşdirə, temperatur daha isti, hava isə daha çirkli ola bilər.

 

Lahor son 10 ildə yaşıl örtüyünü 75 faiz itirib. Hazırda Lahorun əhalisi 13 milyon nəfərdən çoxdur, şəhər özü isə dünyanın ən çirkli şəhərləri sırasındadır. Alimlər tezliklə şəhərin həyat üçün yararsız olacağını vurğulayırlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ