Xankəndi və Laçına TURLAR?

20:03 20-01-2024 | icon 406 | Cəmiyyət
Xankəndi və Laçına TURLAR?

Ötən ilin sonlarında şəxsi avtomobillərlə işğaldan azad olunan ərazilərə səfərlərə icazə verilib. Ümumiyyətlə, bundan öncə də, ictimai nəqliyyatla “Qarabağ Zəfər Marşrutları” konsepsiyası ilə “Yolumuz Ağdama”, “Füzuli və Xocavəndə”, “Yolumuz Şuşaya” adlı səfərlər təşkil olunub və maraqla qarşılanıb. 2023-cü il dekabr ayının sonundan isə bu siyahıya Suqovuşan da əlavə edilib. Hazırda insanları maraqlandıran əsas məqam Xankəndi və Laçına turların təşkilidir. Maraqlıdır, “Yolumuz Laçına”, “Yolumuz Xankəndiyə” nə vaxt reallaşacaq? Elə bir tur təşkil edilə bilərmi ki, o tura Şuşa, Laçın, Xankəndi daxil edilsin?

 

“Kaspi” qəzeti növbəti məqaləsində bu suallara cavab tapmağa çalışıb:

 

Bu il Xankəndiyə tur olacaq?

 

 

“Mərhələli şəkildə işğaldan azad olunmuş bütün yaşayış məntəqələrində məskunlaşma həyata keçiriləcək, səfərlər təşkil olunacaq. Laçında artıq məskunlaşma başlayıb. Xankəndidə isə 2024-cü ildə qayıdışa start verilməsi nəzərdə tutulub. Bu il xüsusilə də antiterror tədbirləri nəticəsində işğaldan azad olunan ərazilərə həm insanlarımızın qayıtmasını, həm də turların təşkil olunmasını müşahidə edəcəyik”.

 

 

Millət vəkili vurğulayıb ki, Qarabağın, eləcə də Şərqi Zəngəzurun böyük turizm potensialı var:

 

“Məqsəd həmin potensialdan daha geniş istifadə etməkdir. Bu gün bu potensialdan tam şəkildə yararlana bilməməyimizin səbəbi müəyyən ərazilərdə minaların olması və bəzi yerlərin işğalçılar tərəfindən tamamilə dağıdılmasıdır. Minadan təmizlənmə prosesi davam etdikcə, daha çox məskunlaşmalar, turlar müşahidə edilir. Sözsüz ki, buna uyğun olaraq infrastrukturun formalaşdırılması və inkişaf etdirilməsi də vacibdir. Qiymətləndirmələr göstərir ki, Qarabağ həm daxili, həm də gəlmə turizmə xüsusi töhfə verə biləcək bölgəmizdir. Yay, qış, tarixi, mədəni, sağlamlıq turizmi imkanları kifayət qədər genişdir. Yenidən qurulan və bərpa edilən Qarabağ həm də Azərbaycanda turizmin inkişafında lokomotivə çevriləcək”.

 

Qarabağa təşkil olunan turlara böyük axın var

 

Turizm şirkəti rəhbəri Tərlan Quliyev deyir ki, ikinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyimiz torpaqlarda yeni turizm infrastrukturlarının yaradılması, Şuşa, Ağdam, Suqovuşan kimi istiqamətlərdə real turların həyata keçirilməsi insanların böyük marağına səbəb olub:

 

“Pandemiya dönəmində daxili turizmin inkişafında böyük sıçrayış oldu. Xüsusilə, Azərbaycanın turizm bölgələrinə təşkil olunan marşrutlarla yanaşı, Qarabağ bölgəsinə olan səfərlərə tələbat çoxdur. Həm şəxsi avtomobillər, həm ictimai nəqliyyatla təşkil olunan turlara böyük axın var. Füzuli hava limanının tikilməsi, düşünürəm ki, növbəti hava limanının Xankəndidə fəaliyyət göstərməsi xarici turistlərin də gəlməsinə təkan verəcək. Lakin bunun üçün zaman lazımdır. Biz hazırda Qarabağa səfərlər zamanı müəyyən edilmiş marşrutlar üzrə hərəkət edirik. Bildiyimiz kimi, orada hələ kifayət qədər minadan təmizlənməyən ərazilər, təhlükələr, tələlər var. Ona görə də zamanla təhlükəsizlik tədbirləri ən yüksək həddə çatdıqca, istədiyimiz kimi səfərlər təşkil edə biləcəyik. Dövlət Turizm Agentliyinin də bununla bağlı planları var”.

 

 

Laçın və Xankəndiyə səfər etmək istəyənlər çoxdur

 

Tur rəhbəri deyir ki, hazırda Laçın və Xankəndinə səfər etmək istəyən insanlar çoxdur:

 

“Orada bir çox turizm iaşə obyektlərinin qurulması, infrastrukturun yaradılması ilə bağlı suallar gəlir. Qarabağ bölgəsi dağlıq zonadır və qış turizmi üçün əlverişli imkanları var. Hazırda qış turizmi mövsümü olduğu üçün bu istiqamətlərə səfər etmək insanların marağındadır. Yeni istiqamətlərin açılması, orada da qış turizm kompleksinin yaradılmasına biz də ümid edirik, bu da zaman məsələsidir”. 

 

Dünya səviyyəsində turizm destinasiyası

 

Turizm mütəxəssisi vurğulayır ki, Qarabağda dağ, xizək, haykinq, sağlamlıq turizmini inkişaf etdirmək mümkündür:

 

“Bilirsiniz ki, bu bölgə mineral sularla zəngindir. Qarabağ öz təbiətinə, tarixinə görə dünya səviyyəsində turizm destinasiyasına çevrilə bilər. Çünki Qarabağ problemi 30 ildir dünya ictimaiyyətinin gözünün önündə idi. Bu gün Azərbaycan dövlətinin yaratdığı infrastruktur, oranın gözəlləşməsi, insanlara yaxşı həyat şəraitinin yaradılması, digər tərəfdən də turizm destinasiyasına çevrilməsi ölkəmizin dünya turizm bazarında mövqeyini gücləndirəcək, oraya daha çox turistin axın etməsinə gətirib çıxaracaq. Bu, bir növ tarixi turizmi xatırladır. İnsanlar maraqlı keçmişi olan regionlara səyahət etməyi sevirlər. Biz o kütləni cəlb edə bilərik”.

 

Mövzu ilə bağlı Dövlət Turizm Agentliyinə göndərdiyimiz sorğuya “Hələ bu barədə məlumat yoxdur, məlumat olanda ictimaiyyətə açıqlanacaq”, - deyə cavab verildi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?