Əlilliyi olan şəxslərin təminatı ilə bağlı YENİLİK

13:13 27-01-2024 | icon 326 | Cəmiyyət
Əlilliyi olan şəxslərin təminatı ilə bağlı YENİLİK

Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda dəyişiklik edib.

 

Qaydaya əsasən, Fərdi Reabilitasiya Proqramında reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST mərkəzləri, digər reabilitasiya vasitələri isə Mərkəz və ya DOST mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir.

 

Göstərilən qurumlar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə müvafiq qeydlər aparmaqla reabilitasiya vasitələrini şəxsə və ya onun qanuni nümayəndəsinə şəxsiyyəti təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, qanuni nümayəndəyə münasibətdə isə müvafiq etibarnamə əsasında təhvil verirlər.

 

Dəyişikliyə əsasən, qeyd olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilməyəcək. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya vətəndaş tərəfindən təmin ediləcək. /APA/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR