Uzunqulaq südü qızılcaya necə təsir edir?

09:04 29-01-2024 | icon 402 | Sağlamlıq
Uzunqulaq südü qızılcaya necə təsir edir?

Özü ucuz olsa da, südü baha qiymətə satılır. Hətta mal-qara, qoyun, keçi südü belə ondan daha ucuzdur. Söhbət uzunqulaq südündən gedir.

 

İldə bir bala verən heyvan gündə 500-600 qram süd verə bilir. Uzunqulaq südünün 100 qramı 5-10 manata satılır.

 

Sözügedən canlı az süd versə də, onun məhsulu bir çox xəstəliklərin çarəsi hesab olunur.

 

Xüsusən son zamanlar daha çox yayılan qızılcaya yoluxanların uzunqulaq südü qəbul etdikdə bu xəstəliyi rahat keçirdiyi iddia edilir. Elə bu səbəbdən insanlar uzunqulaq südünü əldə etmək üçün müxtəlif rayon, kəndləri gəzirlər. Yevlax rayonunun Qaraoğlan kəndində yaşayanlar onun çox faydalı olduğunu bildiriblər.

 

Kənd sakin Şirxan Səfərovun sözlərinə görə, nəvələrini qızılca xəstəliyindən uzunqulaq südü ilə sağaldıb.

 

Həkim Mikayıl Əliyev bildirib ki, uzunqulaq südünün qızılca virusunun müalicəsində istifadəsini məqbul hesab edir:

 

“Əgər həkimlər uşağın immunitetini qaldırmaq üçün dərmanlardan istifadə edə bilmirlərsə, bu zaman uzunqulaq südündən istifadəni məqbul sayıram”.

 

Qeyd edək ki, südü daha çox faydalı olan uzunqulaqların sayı əvvəlki illərə nisbətən xeyli azalıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq