Muzeydə Gənclər Günü

21:56 31-01-2024 | icon 400 | Cəmiyyət
Muzeydə Gənclər Günü

Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.

 
 
Versus.Az xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin nümayəndələri, Binəqədi Gənclər evinin, Suraxanı Gənclər evinin, Xəzər Gənclər evinin, Sabunçu Gənclər evinin üzvləri, muzey əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.
 
 
 
Sözügedən tədbirdə Prezident təqaüdçüləri: Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Günay Rüstəmbəyova, TMB radiosunun kreativ direktoru Surxay Əsgərov, Nizami Gəncəvi adına Ədəbiyyət İnstitutunun elmi işçisi Sübhan Məmmədov, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının nümunəvi göstərici hərbi orkestrinin solisti, Мəmmədli Diyarşünaslıq klubunun müdiri Amil Həsənoğlu, Bakı Xoreoqrafiya Akademiyasının milli rəqs və modern rəqsləri üzrə xoreoqrafı Çinarə Quliyeva və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı aktrisası, Prezident mükafatçısı Mehriban Zaliyeva çıxış ediblər.
 
 
 
Amil Həsənoğlunun ifasında "Alagöz" mahnısı səslənib, Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin xor kollektivi çıxış edib.
 
 
 
Daha sonra Azərbaycan Respublikasının xalq artisti Tünzalə Ağayeva gənclərlə görüş keçirib.
 
 
 
Sonda tədbir iştirakçıları Hacı Zeynalabdin Tağıyevin ev muzeyini ziyarət ediblər.
 
 
 
Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ