MMP gəncləri təbrik edir

13:30 02-02-2024 | icon 433 | Siyasət
MMP gəncləri təbrik edir

Müasir Müsavat Partiyası Azərbaycan gənclərini bu gün münasibəti ilə təbrik edib.

 

Versus.Az xəbər verir ki, bu barədə partiyanın rəsmi "facebook" səhifəsində paylaşım edilib.

 

Paylaşımda deyilir:

 

"Partiyamızın Gənclər Təşkilatında gənclərin siyasi fəaliyyətinə yaratdığımız şərait həm də onların özlərini siyasətdə sübut etmələrinə partiya olaraq dəstəyimizdir. Təməli ümummili liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini MMP-də layiqincə davam etdiririk.

 

Məlumdur ki, dövlətimizin adına xələl gətirmək istəyən, cəmiyyətimizi korlamağa çalışan bir bapa ünsürlər öz çirkin əməllərini müstəqil həyata təzəcə qədəm qoyan gənclərimiz vasitəsi ilə gerçəkləşdirmək istəyirlər. Gənclərin sağlam düşüncələrini öz mənfur məqsədləri üçün zəhərləməyi qarşılarına məqsəd qoyan bu “sapı özümüzdən olan baltalar” meydanı boş görməsin deyə bizim borcumuzdur ki, gəncləri düzgün yola çəkək. Bu həm də siyasətçi olaraq bizlərin Ulu Öndərin gənclər siyasətinə məsuliyyətli yanaşmamız sayılır.

 

Xatırlatmağa gərək var ki, Azərbaycan gəncliyinin inkişafında və gənclərin dövlət qurumlarına inteqrasiya olunmasında böyük xidmətləri olan ulu öndərin 1997-ci il fevralın 2-də Azərbaycanda “Gənclər Günü”nün elan oluması ilə bağlı Fərmanı bu sahədə atılan addımlardan biridir. Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı fikirləri və onun yaratdığı fəlsəfi ideyalar bu gün də aktualdır və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI