"Onların seçkilərlə bağlı qara piarı Azərbaycana qarşı qərəzdir"

18:40 02-02-2024 | icon 387 | Siyasət
"Onların seçkilərlə bağlı qara piarı Azərbaycana qarşı qərəzdir"

Təyyar Yəhyayev: “Namizədlər təşviqat imkanlarından bərabər şəkildə istifadə edə bilir”

 

Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olumuş siyasi təcrübədir. Növbədənkənar seçki vaxtında keçirilən çeçkilərdən heç nə ilə fərqlənmir. Vətəndaşlar siyasi iradəsini vaxtından əvvəl ifadə edəcəklər.

 

Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Təyyar Yəhyayev fevralın 7-də keçirilən seçkilər və Avropadan Azərbaycana qarşı seçki ilə bağlı yönələn qərəzli iddialrla bağlı açıqlamasında bildirib.

 

T.Yəhyayev qeyd edib ki, Seçkilər haqqında qanunun 100-cü maddəsinə əsasən prezident 7 ilə xalq tərəfindən seçilir. Və hərbi vəziyyət, müharibə davam edərsə, seçkilərin vaxtı uzana, yaxud zərurət yaranarsa, seçki qabağa çəkilə bilər:

 

“44 günlük vətən müharibəsində zəfər qazandıq, suverenliyimizi tam bərpa etdik. Müstəqillik qazandığımız illərdən bu günə qədər suverenliyimiz bu qədər tam olmayıb. Bu gün suverenliyimizi tam qazanmışıq və növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. “Seçkilər haqqında” qanuna görə Azərbaycan ərazisində 10 ildən artıq xaricdə yaşamayan, seçkilərdə iştirak hüququ olan, ağır cinayətlər törətməyən, başqa dövlətlər qarşısında öhtəliyi olmayan ali təhsilli, ikili vətəndaşlığı olmayan şəxslər Azərbaycan prezidenti seçilə bilər”.

 

Siyasi şərhçi bildirib ki, bütün namizədlər arasında ayrı-seçkilik yoxdur, təşviqat üçün ayrılmış bütün imkanlardan namizədlər bərabər şəkildə istifadə edə bilir.

 

T.Yəhyayev qeyd edib ki, bəzi qüvvələr bu prosesdə tam məğlub olacaqlarını bilib qarayaxma kampaniyasına başlayıblar, müəyyən xarici qüvvələrlə birləşib seçkidə demokratiyanın olmayacağını deyirlər. Onun sözlərinə görə, bir sıra xarici və daxili qüvvələrin seçkilərə ləkə yaxmaq istəməsi artıq qərəz, manipulyasiyadır:

 

“Hamı bilir ki, cənab İlham Əliyev xalqın sevimlisidir, bu günə qədər verdiyi vədləri yerinə yetirmiş müzəffər Ali Baş komandandır, tarixdə ilk dəfə Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş prezidentdir. O, ilk dəfə prezident seçiləndə andiçmə mərasimində xalqa hansı vədləri vermişdisə, hamısını yerinə yetirdi. Siyasi iradə nümayiş etdirib, güclü islahatlar aparmışdır. Ona görə də İlham Əliyevin özünə inamı, xalqın siyasi dəstəyinə əminliyi, bu günə qədər dediyi hər bir sözün yerinə yetirilməsi, hamısı onun siyasi dəstəyə əminliyinin bariz nümunəsidir. Prezident özünə tam əmin olaraq bu vədləri vermişdi və bu vədləri də yerinə yetirir”.

 

T.Yəhyayev bildirib ki, Prezident seçkilərinin vaxtından əvvəl keçirilməsi islahatların daha sürətlə getməsi üçün yeni şərait yaradır. Onun fikrincə, seçkilərdən sonra başlanmış islahatlar daha sürətlə davam edəcək və Avropa güclərinin qərəzli davranışının heç bir təsiri olmayacaq.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI