"Söhbət erməni xisləti, erməni toplumundan gedirsə..."

15:00 03-02-2024 | icon 292 | Siyasət
"Söhbət erməni xisləti, erməni toplumundan gedirsə..."

Rəşad Bayramov: “Paşinyan müxtəlif bəhanələrlə sülh prosesindən yayına bilər”

 

“Ermənistanın hər addımında alt məna var. Paşinyan Azərbaycanın tələbi ilə etdiyi konstitusiya dəyişikliyi çağırışını prosesi uzadıb vəziyyəti yenidən təhlil etmək imkanı qazanmaq üçün də hesablaya bilər. Yəni, proseslər Ermənistanın xeyrinə cərəyan edərsə, sülh müqaviləsindən yayınar, ziyanına işləyərsə imzalamağı düşünə bilər. Paşinyan onu da başa düşür ki, Rusiyanın boyunduruğundan çıxmaq istəyirsə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov Nikol Paşinyanın Konstitusiya və Müstəqillik Bəyannaməsinin dəyisdirilməsi ilə bağlı verdiyi açıqlamasında bildirib.

 

Politoloq qeyd edib ki, Ermənistanın Konstitusiya və Müstəqillik Bəyannaməsində Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var. Eləcə də Ermənistanın digər normativ hüquqi sənədlərində də Azərbaycana qarşı ərazi iddiaları, eləcə də Ermənistanın qoşulduğu bir çox konvensiyalarda Azərbaycanın suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur.

 

“Azərbaycan tərəfi Ermənistana bu iddialardan əl çəkməsi üçün konkret tələb qoyub. Onlardan biri də Ermənistanın Konstitusiyası ilə bağlıdır. Artıq bir müddətdir ki, Ermənistanın ayrı-ayrı fərdlərinin Paşinyanın ölkənin konstitusiyasını dəyişdirilməsi üçün müəyyən çağırışlarını eşidirk. İlk baxışdan belə bir fikir yarana bilər ki, Paşinyan sülh müqaviləsinin bağlanması üçün minbit şəraitin yaradılmasının Konstitusiya dəyişikliklərindən keçdiyini dərk edir. Amma söhbət erməni xisləti, erməni toplumundan gedirsə konstitusiyanın dəyişdirilməsi istiqamətində edilən çağırışlarda digər məqsədlər də güdülə bilər. Bu da ondan ibarətdir ki, Paşinyan müxtəlif bəhanələrdan istifadə edərək sülh prosesindən yayına, yaxud bu prosesin uzadılmasına addımar ata bilər. Belə ki, Paşinyan sülh müqaviləsinin yalnız Konstitusiya dəyişikliyindən sonra imzalana biləcəyini əsas gətirə bilərlər. Yaxud deyə bilər ki, referendumda dəyişikliklər edilmədən sənəd imzalana bilməz. Paşinyan referendumun nəticələri mənfi olmaqla sülh müqaviləsinin bağlanılmasından imtina edə bilər”

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR