“Bu seçki ZƏFƏR SEÇKİSİ kim tarixə düşəcək”

13:59 05-02-2024 | icon 474 | Siyasət
“Bu seçki ZƏFƏR SEÇKİSİ kim tarixə düşəcək”

Ramil Hüseynov: “Mərkəzimiz seçkidə cənab İlham Əliyevə rəqib görmədi”

 

“Növbədənkənar prezident seçkiləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təsbitidir. Müstəqillik tariximizdə ilk dəfədir ki, xalqımız qalib ölkənin vətəndaşları olaraq səs verəcəklər”.

 

Bu barədə versus.az-a “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bildirib.

 

R.Hüseynov qeyd edib ki, seçkiyə qədər və seçkidən sonrakı dövrlər üçün təhlillər aparılaraq, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri müzakirə olunub. O, Mərkəzin bütün üzvlərinin səsvermədə aktiv iştirakının vacibliyini önə çəkərək, müvafiq tövsiyyələr verib:

 

““Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzi növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat verib. Bəyanatda qeyd olunub ki, 44 günlük vətən müharibəsindəki tarixi qələbəmiz, antiterror əməliyyatı zamanı ərazi bütövlüyümüzün tam bərpa olunması və şanlı bayrağımızın bütün Azərbaycan ərazisində dalğalanması növbədənkənar seçkinin keçirilməsini şərtləndirən əsas amillərdəndir. Bu seçkini digərlərindən fərqləndirən digər əsas amil də odur ki, 30 illik işğala son qoymuş, suverenliyini tam bərpa etmiş xalq daha böyük ruh yüksəkliyi və gələcəyə inamla öz prezidentini seçəcək və bu seçki “Zəfər” seçkisi kim tarixə düşəcək. Sadaladığım bütün tarixi nailiyyətlərin memarı xalqımız, ordumuz və Ali Baş komandan cənab İlham Əliyevdir. Təbii ki, tarixi qələbəmizi şərtləndirən mühit birdən-birə formalaşmadı. Azərbaycan prezidentinin çevik xarici siyasəti və ölkə daxilindəki dəqiq islahatları bu mühiti formalaşdıran əsas şərtlər oldu”.

 

R.Hüseynov bütün bu məqamları nəzərə alaraq, “Yeni xətt” Siyasi Tədqiqatlar Mərkəzinin 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkisində cənab İlham Əliyevə rəqib görmədiyini bəyan edib:

 

“Əminik ki, seçkidən sonra ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək, xalqımız daim firavan həyat yaşayacaq. Bütün vətəndaşlarımızı keçiriləcək seçkidə aktiv olmağa çağırırıq”.

 

 

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR