Özbaşına tikililərlə bağlı problem necə həll ediləcək?

17:43 05-02-2024 | icon 372 | Cəmiyyət
Özbaşına tikililərlə bağlı problem necə həll ediləcək?

“Özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün işçi qrupu yaradılıb”.

 

Bunu ötən gün Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev açıqlamasında bildirib.

 

O, mühafizə zonaları ilə bağlı bütün məlumatların toplanıldığını vurğulayıb:

 

“Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüzminlərlədir. Bəzi hallar var ki, əvvəllər bir boru xəttinin keçdiyi ərazi mühafizə zonası olub, sonradan həmin boru xətti istismardan çıxarılıb. Belə olduqda məlumatlara düzəlişlər edirik”.

 

Bəs görəsən, işçi qrupu prosesi hansı şəkildə tənzimləyəcək?

 

Mövzu ilə bağlı açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarış ala bilməyən fərdi həyət evləri və torpaq sahələri olduğunu bildirib:

 

 

“Sənədsiz fərdi həyət evləri və torpaq sahələrinin bir hissəsi sovetlər dövründən qalıb, digər hissəsi isə 1990-cı illərdən sonra tikilib. Tikililərin və yaxud torpaq sahələrinin hər birinin hansısa rəsmi dövlət qurumu tərəfindən verilmiş sənədləri var. Bir vaxtlar kolxoz və sovxozlar tərəfindən torpaq sahələri ayrılırdı. Əvvəlcə rayon icra hakimiyyətləri, daha sonra isə 2007-ci ilə qədər bələdiyyələr tərəfindən vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələri ayrılırdı. Hansı torpaqlara çıxarışın alınması mümkün oldusa, zamanında vətəndaşlar çıxarış aldılar. Bəzi torpaqlara isə çıxarış almaq mümkün olmadı, bu günə qədər vəziyyət dəyişməyib. Sənədsiz evlər indi də yetəri qədərdir. Artıq sənədləşmə ilə bağlı mesaj verilib. Düşünürəm ki, yaxın gələcəkdə bu proses yenidən başlayacaq”.

 

Ekspert sənədsiz tikililərlə bağlı problemlərin həddindən artıq çox olduğunu vurğulayıb:

 

“İşçi qrupunun yaradılmasında əsas məram torpaqların təyinatının müəyyən olunmasıdır. Bəzi ərazilər var ki, artıq orada yaşayış massivləri salınıb, avtobus xətləri işləyir, orta məktəblər və uşaq bağçaları tikilib, avtomobil yolları çəkilib, küçə adları, mənzil ünvanları verilib. Bu tip torpaqların təyinatı artıq müəyyən olunmalıdır. Bir çox ərazilər var ki, bir zamanlar oradan neft boruları, elektrik naqilləri keçirdi, hazırda isə onların bəziləri artıq fəaliyyət göstərmir. Sadəcə, xətlər yerində qalıb. Təbii ki, onlar balansdan çıxarılacaq və torpaqların təyinatı dəyişdirilərək yaşayış məntəqələrinə çevriləcək. Yəni tikililərə çıxarışın verilməsi üçün öncə torpaqların təyinatı müəyyən olunmalıdır. Daha sonra torpağın çıxarışı olduqdan sonra tikililərə çıxarışın təyinatına uyğun sənəd verilməlidir. Qadağan olunmuş ərazilərdə tikilmiş əmlaklar var. Düşünürəm ki, həmin əmlaklara çıxarışların verilməsi mümkün olmayacaq. Daha çox dəmiryol xətlərinin yaxın məsafəsində tikilən evləri misal gətirmək olar. Bununla yanaşı, Abşeron ərazisində dağların üzərində də yaşayış evləri tikilib. Vulkanların ən çox Abşeron ərazisində olduğunu nəzərə alsaq, həmin ərazidəki evlər də təhlükə saçır. Bu problemlər həll olunmadan həmin ərazilərə çıxarışların verilməsi mümkünsüzdür. Öncə torpaqların təyinatının bəlli olması, tikililərin tikinti normativlərinə uyğunluğunun yoxlanılması vacibdir. Bu tip məsələlər həll olunduqdan sonra artıq çıxarışların verilməsinə başlanıla bilər”. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?