"Zəfər seçkisində də zəfəri o qazanacaq"

13:59 07-02-2024 | icon 418 | Siyasət
"Zəfər seçkisində də zəfəri o qazanacaq"

Hafiz Hacıyev məhz ona səs verdi

 

Müasir Müsavat Partiyasının (MMP) sədri, dörd dəfə Prezidentliyə namizəd olan Hafiz Hacıyev Prezident seçkilərində iştirak edib.

 

Versus.Az xəbər verir ki, MMP sədri 8 saylı Binəqədi birinci seçki dairəsinin 31 nömrəli məntəqəsində səs verib.

 

H.Hacıyev seçki ilə bağlı təəsüratlarını da bölüşüb:

 

"Prezidentliyə layiq şəxs Azərbaycanın ərazi bütövlüyünə nail olan cənab İlham Əliyevdir. İnanıram ki, Zəfər seçkisi kimi dəyərləndirdiyimiz bu seçkidə xalq məhz zəfər liderinə - cənab İlham Əliyevə səs verəcək".

 

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

 

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR