Dövlət rəsmiləri səs veriblər

14:38 07-02-2024 | icon 298 | Siyasət
Dövlət rəsmiləri səs veriblər

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev prezident seçkisində səsvermə hüququndan istifadə edib.

 

Nazir 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 36 saylı məntəqəsində səs verib.

 

 

13:38

Elm və təhsil naziri Emin Əmrullayev növbədənkənar prezident seçkisində səsvermə hüququndan istifadə edib.

 

O, 24 saylı Nizami 1-ci seçki dairəsinin 20 nömrəli məntəqəsində səs verib.

 

 

12:41

AFFA prezidenti Rövnəq Abdullayev də növbədənkənar prezident seçkisində səsvermə hüququndan istifadə edib.

 

O, 25 saylı Nizami ikinci seçki dairəsinin 1 saylı məntəqəsində səs verib.

 

 

12:31

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov prezident seçkisində səsvermə hüququndan istifadə edib.

 

O, 35 saylı Xətai üçüncü seçki dairəsinin 27 saylı orta məktəbdə yerləşən 2 saylı məntəqəsində səs verib.

 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad olunmuş Ağdam şəhərində prezident seçkisində iştirak edib.

 

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da prezident seçkisində səsvermə hüququndan istifadə edib.

 

O, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.

 

11:34

 

Azərbaycanda növbədənkənar prezident seçkisi üzrə səsvermə davam edir.

 

Mərkəzi Bankın sədri Taleh Kazımov prezident seçkisində səsvermə hüququndan istifadə edib.

 

“Report” xəbər verir ki, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin İlyas Əfəndiyev adına elitar gimnaziyasında yerləşən 18 saylı seçki məntəqəsində səs verib.

 

 

10:47

 

Azərbaycanda növbədənkənar prezident seçkisi üzrə səsvermə davam edir.

 

Baş nazirin I müavini Yaqub Eyyubov prezident seçkisində səsvermə hüququndan istifadə edib.

 

 

O, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.

 

Baş nazirin müavini Şahin Mustafayev də səsvermə hüququndan istifadə edib. O, 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 132 saylı uşaq bağçasında yerləşən 3 saylı seçki məntəqəsində səs verib.

 

 

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 11 saylı məntəqəsində səs verib.

 

 

Maliyyə naziri Samir Şərifov 35 saylı Xətai 3-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.

 

 

10:01

 

Baş nazir Əli Əsədov prezident seçkisində səs verib.

 

Ə.Əsədov 7 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

 

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir. /report/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI