“CinemaPlus”dan Heydər Əliyevin səfərləri haqqında filmlərə DƏSTƏK

16:06 12-02-2024 | icon 230 | Mədəniyyət
“CinemaPlus”dan Heydər Əliyevin səfərləri haqqında filmlərə DƏSTƏK

Azərbaycanlı səyyah, tanınmış jurnalist Azər Qərib Ulu Öndər H.Əliyevin səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə” filmlər toplusunun üzərində çalışır.

 

Azər Qəribin birinci səfəri Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə səyahət etdiyi İtaliyaya həsr olunub. Bu maraqlı layihə Ümummilli Liderin ziyarət etdiyi İtaliyanın tarixi şəhərlərinə aparır, rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir. Səyahətçi ilə birlikdə tamaşaçı səfərin qeyri-adi anlarına nəzər salmaqla Roma, Neapol, Pompey və Kapri adasında heyrətamiz səyahətə çıxacaq.

 
İkinci filmdə Ulu Öndərin 1998-ci ildə Yaponiyaya baş tutmuş ilk rəsmi səfərinin maraqlı məqamlarından bəhs olunur. Çəkilişlər Tokio və Kioto şəhərlərində aparılıb. Aparıcı ilə birlikdə tamaşaçı səfərin qeyri-adi anlarına nəzər salmaqla Yaponiyanın iki tarixi şəhərində heyrətamiz səyahətə çıxır.


A.Qərib Ümummilli Liderin daha 4 səfəri barədə oxşar mövzuda maraqlı məqamların film formatında lentə alınacağını da vurğulayıb.
 

İdeya müəllifi Azər Qərib olan filmin yaradıcı heyətinə redaktor Ayaz Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator Əli Əliyev və Violetta Matsue, montaj mütəxəssisi Elmar Tarıyeloğlu daxildir.
Qeyd etmək istərdik ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsi bu layihəyə dəstək olub.
 

https://www.youtube.com/watch?v=Yi08BjeWxGE
https://www.youtube.com/watch?v=hCmDx2mNYKE
https://www.youtube.com/watch?v=7X_mEoC5_c0
 
 






 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM